• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ildə ev audiotexnikası bazarının həcmi 11 milyard dollara yaxınlaşacaq

2016-cı ildə ev audiotexnikası bazarının həcmi 11 milyard dollara yaxınlaşacaq
27.12.2016 19:11
Dünyada ev audiotexnikasına tələbat yüksələn xətlə davam edir. "Futuresource Consulting” tədqiqat şirkətinin proqnozuna görə, 2016-cı ildə sözügedən kateqoriya üzrə artım tempi istehlak elektronikası bazarına nisbətən yüksək olacaq.

Gözləntilərə görə, cari ildə istehsalçılar tərəfindən ümumilikdə 102 milyon ev audiotexnikası tədarük ediləcək və satışdan əldə olunan gəlirin həcmi 11 milyard dollara yaxınlaşacaq.

"ICTnews” Elektron Xəbər Xidməti "dailycomm.ru” saytına istinadən yazır ki, "son bir neçə ildə ev audiotexnikası istehlak texnikası bazarında ən sürətlə inkişaf edən kateqoriyalardan biridir, amma 2016-cı ildə müşahidə olunmuş dinamika yaxın gələcəkdə daha böyük perspektivdən xəbər verir – "Futuresource Consulting”in baş analitiki  Rasika D'Souza deyib. "SoundBar” və "Bluetooth” kolonkalar kimi audiosistemlər seqmentlərində qeydə alınan aktivlik, həmçinin "Alexa” səs köməkçisi ilə təchiz edilmiş "Echo” "ağıllı” dinamiklərinin uğuru rekord yüksək nəticə təmin edərək gələcək artım tempinə zəmin yaradıb".

2016-cı ildə virtual şəxsi köməkçilərlə ("Virtual Personal Assistant”, "VPA”) təchiz edilmiş akustik sistemlər diqqət mərkəzində olublar. "Futuresource” şirkətinin ekspertləri bu kateqoriya üzrə yüksək artım proqnozlaşdırıb. "Microsoft” korporasiyasının "Harman” audioelektronika istehsalçısı ilə əməkdaşlığı katalizator rolunu oynayacaq. "Harman” artıq "Microsoft Cortana” səs köməkçisini dəstəkləyən portativ audiosistemini təqdim edib. Bu qurğu 2017-ci ildə bazara çıxarılacaq.

Araşdırmaya əsasən, "VPA” cihazlara olan yüksək marağa baxmayaraq, "Bluetooth” kolonkalar simsiz audiokolonkalar bazarında 80%-dən çox paya sahibdirlər. Ucuz qiymətə satılması sayəsində "Bluetooth” kolonkalara tələbat yüksəkdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol