• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni smartfonu isti suda sabunla yumaq mümkündür

Yeni smartfonu isti suda sabunla yumaq mümkündür
30.01.2017 22:06
Yaponiyanın "Kyocera” şirkəti tərəfindən təqdim edilmiş smartfon su (isti və ya soyuq) və sabuna qarşı dayanıqlıdır.

Əgər smartfonunuzun cürbəcür bakteriyalar məskəni olduğunu düşünürsüzsə və bu fikir sizə rahatlıq vermirsə, o zaman "Kyocera” şirkətinin  "Rafre” adlı yeni smartfonunu almağın əsl vaxtıdır. Sözügedən qurğunun əsas özəlliyi odur ki, onu isti suda sabunla yumaq mümkündür.

"ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, 2015-ci ildə "Kyocera” şirkəti çirkdən təmizlənən "Digno Rafre” modelini buraxıb.

Cari ilin martında satışa çıxarılacaq smartfon "Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 Qb daxili yaddaş, 5 düymlük "HD” ekran, 3000 milliamper/saat tutumunda akkumulyator, həmçinin 13 və 5 meqapiksellik iki kamera ilə təchiz edilib. Smartfon "Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir.

Toz və sudan müdafiə sisteminə malik "Rafre” smartfonu, həmçinin toxunuş sensoru vasitəsilə reallaşdırılmış kontaktsız idarə etmə funksiyasına və qeyri-adi zəngli saata malikdir. Smartfonda, həmçinin "Kyocera” smartfonu üçün ənənəvi özəlliklər reallaşdırılıb: danışıq dinamiki yoxdur, əvəzində səsin vibrasiya ilə çıxışı, yəni "Smart Sonic Receiver” əlçatandır və cihaz zərbəyə davamlıdır.

Smartfon ağ, çəhrayı və mavi rənglərdə əlçatan olacaq. Qurğunun dəyəri hələ ki açıqlanmayıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol