• $
  • €
  • ₽
  • ₺
  • £

Virtual valyutanın oğurlanmasına yönələn spam kampaniyası aşkarlanıb

Virtual valyutanın oğurlanmasına yönələn spam kampaniyası aşkarlanıb
31.01.2017 20:30
"Cyren” şirkətinin mütəxəssisləri bank müştərilərinə qarşı yönələn yeni spam kampaniyası aşkarlayıblar. Kampaniya zamanı cinayətkarlar guya "Emirates NBD” və "DBS Bank” kimi iri banklar tərəfindən göndərilən saxta məktublar yayırlar. Məktublar keyloqqer kimi işləyərək qurbanların hesabından kriptovalyuta oğurlayan zərərli proqram təminatının olduğu qoşma fayllı şəbəkə ödənişləri haqqında bildirişlər şəklində göndərilir.

"ICTnews” Elektron Xəbər Xidməti "SecurityLab” resursuna istinadən yazır ki, məktublar ABŞ və Sinqapur botları tərəfindən göndərilir. İstifadəçilərin diqqətini yayındırmaq üçün qoşma məktublarda pul vəsaitlərinin göndərilməsinə görə bank və maliyyə təsisatlarının identifikasiyası üçün istifadə olunan "SWIFT” kodları göstərilir.

Qoşma fayllar "PDF” formatlı sənədlər kimi görünə bilər, lakin əslində oxunulan fayllardır. İşə salınan zaman fayl öz-özünü silir və avtomatik yükləmədə "filename.vbs” adlı yeni fayl yaradır. Öz növbəsində bu fayl təkcə klavişlərin basılmasını deyil, eyni zamanda "maus”un hərəkətini yazan keyloqqeri quraşdırır.

Məlumata görə, zərərli proqram təminatı, həmçinin brauzerlərdən, "FTP” və poçt proqramlarından (parollar, loginlər, daxilolma tarixçəsi, "cookie” faylları və s.) parol və digər məxfi informasiyanı toplayır. Bundan başqa, proqram kriptovalyuta hesablarının mövcudluğunu yoxlayaraq onları aşkarlayan zaman oğurlayır. Zərərli proqram təminatı virtual valyutalardan başqa digər kriptovalyutaları (Anoncoin, BBQcoin, Bytecoin, Craftcoin, Devcoin, Digitalcoin, Fastcoin, Feathercoin, Florincoin, Freicoin, I0coin, Infinitecoin, Ixcoin, Junkcoin, Litecoin, Luckycoin, Megacoin, Mincoin, Namecoin, Phoenixcoin, Primecoin, Quarkcoin, Tagcoin, Terracoin, Worldcoin, Yacoin və Zetacoin) oğurlaya bilər.  


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol