• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistanın işğalına hazırlaşır

Rusiya Ermənistanın işğalına hazırlaşır
07.03.2017 11:13
Gümrüdəki rus desantına "regional səviyyədə genişlənmək” əmri veriləcək

Ermənistana müstəqillik lazım deyil, o, müstəqilliyini qorumağa qadir deyil.

İstiPress-in İərvandan dərc olunan "Lragir” portalına istinadən verdiyi məlumata görə, bu barədə erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyan İrəvanda çıxışı zamanı bildirib. İrəvanda Qribayedov klubunun növbəti iclasında çıxış edən Kurqinyan işarə vurub ki, Ermənistan üçün Rusiya imperiyasının bir hissəsi olmaq daha faydalıdır.

Erməni portalı bunu Rusiyanın Ermənistanı növbəti dəfə işğal etmək cəhdi kimi dəyərləndirib:

"Rusiya ilə Ermənistanın münasibətlərində, belə görünür, nəsə vacib məqam başlayır və Moskva İrəvana "ağır” artilleriyasını - Kiselyovu, Solovyevi və Nikolay Patruşevi göndərib. Martın 14-də Serj Sarkisyanın Rusiyaya səfəri gözlənilir. Məlumatlı ekspertlərin dediyinə görə, Moskva İrəvana Gümrüdəki 102-ci Rusiya bazasının funksiyalarının regional səviyyədə  genişləndirilməsi ilə bağlı təklif edə bilər. Mümkündür ki, Rusiya "desantı” erməni cəmiyyətini bu nəticəyə hazırlayır”.

Ermənistanda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin səfərinin də bu məqsədi güddüyünü vurğulayırlar. Ermənistanda apreldə keçiriləcək seçkilərlə bağlı dünən başlayan təbliğat kampaniyasının elə ilk günü iki blok "Çıxış” və "Azad demokratlar” Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarılmasını qarşılarına məqsəd qoyduqlarını bildiriblər. 

Amma belə görünür ki, Rusiyanın Ermənistanı tam müstəmləkəyə çevirməsinin şansı daha böyükdür. Çünki Patruşevə Ermənistanın daxilindən dəstək verən çoxdur. Bunlardan biri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Ohanyan son çıxışlarından birində Ermənistanın müstəqil inkişaf üçün bütün imkanları itirdiyini bildirib.

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı dörd hərbi bazasından ən böyüyüdür. 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 3300 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol