• $
  • €
  • ₽
  • ₺
  • £

Niderland səfirinin Türkiyəyə girişinə qadağa

Niderland səfirinin Türkiyəyə girişinə qadağa
14.03.2017 09:20
Niderland səfirinin Türkiyəyə daxil olması qadağan edilib.
 
APA-nın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.
 
"Niderland səfirinin tələblərimiz yerinə yetirilməyənədək Türkiyəyə geri qayıtması qadağan olunub. Niderlandla yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Niderland diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb”, deyə N.Kurtulmuş bildirib.
 
Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin baş nazir Binəli Yıldırımın rəhbərliyi altında toplantısı keçirilib. Toplantıda Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi qalmaqal müzakirə olunub.
 
Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol