• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda ara qarışdı: xalq ayağa qalxdı - VİDEO

İrəvanda ara qarışdı: xalq ayağa qalxdı - VİDEO
17.03.2017 11:45
2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb. A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb. Məlumata görə, martın 16-sı axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər. 

Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir. 

Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağırıblar. Etirazçılar "Serjik qatil", "Baş prokuror istefaya" və s. şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz "oturaq" aksiyası keçirməyə qərar veriblər. Onlar İrəvan sakinlərini faciəvi insidentə münasibət bildirmək üçün martın 17-də Azadlıq meydanına toplaşmağa çağırıblar.

Həkimlərin məlumatına görə, ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq həbsdə olan A.Sarkisyan martın 15-də istintaq təcridxanasından ağır vəziyyətdə xəstəxanaya aparılıb və mədəsindən əməliyyat edilib. O, martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol