• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyalı fermer sovet tankında qızıl tapıb

Britaniyalı fermer sovet tankında qızıl tapıb
10.04.2017 22:00
Britaniyalı kolleksioner Nik Mid "eBay”dan 37 min dollara aldığı keçmiş SSRİ istehsalı olan "T-54” tankının yanacaq çənində 5 qızıl külçə aşkarlayıb. 

ANN.Az faktxeber.com-a istinadən xəbər verir ki, Mid döyüş sursatları axtarmaq üçün tankı sökərkən qızıllara rast gəlib. O, tankın yanacaq çəninin qapağının altında hər biri 5 kq olan qızıl külçələr aşkarlayıb. İlkin qiymətləndirməyə görə, onlar 2,5 milyon dəyərindədir.

"Biz nə edəcəyimizi bilmirdik. Axı 5 qızıl külçə ilə sadəcə banka yaxınlaşmaq olmaz. Bu səbəbdən polisə müraciət etdik”, - deyə Mid vurğulayıb.

Polis qızılları müsadirə edib. "Mən bu qızılların bir hissəsini belə almasam, gözəl tankım məndə qalır”, - deyə Mid bildirib.

Kolleksioner vurğulayıb ki, aldığı tank İraq Silahlı Qüvvələrinə məxsus olub və 90-cı illərin əvvəlində Fars körfəzində müharibədə istifadə edilib. Sonra Beynəlxalq Koalisiya Qüvvələrinin əlinə keçib və Böyük Britaniyaya gətirilib.

Mid hesab edir ki, iraqlı əsgərlər Küveytin xəzinəsindən aldıqları qızılları tankın çəninin altında gizlədiblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol