• $
  • €
  • ₽
  • ₺
  • £

Assanj: Əsl müharibə hələ qabaqdadır

Assanj: Əsl müharibə hələ qabaqdadır
20.05.2017 13:00
"Wikileaks” sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır”

Anews.az-ın məlumatına görə, AZƏRTAC "RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri qalmaqallı "Wikileaks” saytının banisi Culian Assanj İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən səsləndirib.

Bu gün məlum olub ki, İsveç prokurorluğu Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi üçün verilmiş orderin ləğv olunmasını tövsiyə edib.

Lakin Britaniya polisi bildirib ki, Assanj Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq. Skotlend-Yard bunu Vestminsterin magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assanjın həbsinə order verməsi ilə əsaslandırıb.

2010-cu ildə Stokholmda seksual xarakterli cinayət törətməkdə ittiham olunan Assanj həmin ilin dekabrında İsveç hüquq-mühafizə orqanlarının sorğusuna əsasən, Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı.

İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu gün, həmçinin Britaniya Baş nazirinin Daununq-stritdəki iqamətgahı qarşısında Assanja dəstək aksiyası keçirilib. Onun tərəfdarları Britaniya hakimiyyətini təqiblərə son qoymağa və "Wikileaks” yaradıcısının istədiyi yerə sakitcə getməsinə imkan yaratmağa çağırıblar.

Baş nazir Tereza Mey isə Şotlandiya seçiciləri ilə görüşü zamanı Assanjın taleyi ilə bağlı sualı cavablandırarkən bunun polisin səlahiyyət sferasında olduğunu deyib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol