• $
  • €
  • ₽
  • ₺
  • £

“Google Play”də yüzlərlə pulsuz proqram virusa yoluxub

“Google Play”də yüzlərlə pulsuz proqram virusa yoluxub
19.06.2017 18:40
"Google Play” əlavələr kataloqunda yeni təhlükə aşkarlanıb.

Anews.az "ICTnews”a istinadən xəbər verir ki, "Trend Micro” şirkətinin əməkdaşları istifadəçilərin fərdi məlumatlarının oğurlanması və onların icazəsi olmadan əlavə proqramların quraşdırılması üçün istifadə edilən zərərli proqram təminatının (reklam kitabxanası) olduğu 800-ə yaxın proqram müəyyənləşdiriblər.

Nəticədə fotoredaktorlardan tutmuş, iş masası üçün fonlu şəkillərin yaradılması üçün proqramlaradək müxtəlif yönümlü pulsuz əlavələr yoluxdurulub. Bunlar isə milyonlarla istifadəçi tərəfindən yüklənilən proqramlardır.

"Xavier” adlanan təhlükəli virus məşhur "Joymobile” reklam virusunun da daxil olduğu "AdDown” ailəsinin üzvüdür. Lakin "Xavier” daha mükəmməldir. Zərərli proqram aşkarlanmadan yayınmaqla həm statistik, həm də dinamik analizdən yan keçir. Virus kodu məsafədən sərbəst daxil edərək "ID”, qurğunun modeli, əməliyyat sisteminin versiyası, istehsalçı, istifadə olunan ölkə, rabitə operatoru, qurğu sahibinin elektron poçt ünvanı, quraşdırılan əlavələrin siyahısı və s. kimi istifadəçi məlumatlarını oğurlayır.

Xatırladaq ki, həftə ərzində mütəxəssislər həmçinin "Google Play” əlavələr mağazasında başqa zərərli proqramların olması barədə məlumat veriblər.

Bildirilir ki, virusdan daha çox Cənub-Şərqi Asiya ölkələri zərər çəkib. Vyetnam, İndoneziya və Filippin sakinləri "Xavier” virusunu bir neçə milyon dəfə yükləyiblər. ABŞ və Avropada bu hal az baş versə də, virus buradakı istifadəçilərə də öz təsirini göstərib.

Hazırda "Trend Micro” mütəxəssisləri təhlükəni aradan qaldırmaqla məşğuldurlar. Onların səyi nəticəsində ötən həftə ərzində "Xavier” virusuna yoluxan təxminən 75 əlavə ləğv edilib. Lakin onların tam məhvi üçün görüləsi iş hələ çoxdur. Bu səbəbdən istifadəçilərə yoxlanılmış əlavələri yükləmək tövsiyə edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol