• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaiyanın Aİ-dən çıxması ilə bağlı danışıqlar başlayıb

Böyük Britaiyanın Aİ-dən çıxması ilə bağlı danışıqlar başlayıb
19.06.2017 23:00
Danışıqların ilk günü tərəflər təşkilati məsələlərə diqqət ayıracaq.

Brüsseldə Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlar başlayıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, danışıqlarda Böyük Britaniyanın Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis və Aİ-nin danışıqlar üzrə əsas nümayəndəsi Mişel Barnye iştirak edir.

Danışıqların ilk günündə iştirakçılar təşkilati məsələlərə - neçə müddətdən bir görüşəcəklərinə, danışıqların əsas mövzularının hansı ardıcıllıqla müzakirə olunacağına diqqət ayıracaqlar.

Gələcəkdə avropalı müttəfiqlərimiz və dostlarımız ilə güclü və xüsusi tərəfdaşlıq yaratmaq üçün danışıqlara müsbət və konstruktiv şəkildə başlayırıq", - D.Devis bildirib.

Bəzi hesablamalara görə, "Brexit" 50 milyard funt sterlinqə (57 milyard avrodan çox) başa gələcək.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyü ilə bağlı ötən yay keçirilən referendumda "Brexit" tərəfdarları qələbə qazanıb. Bundan sonra Britaniyanın baş naziri postuna Tereza Mey gəlib. O, 2017-ci ilin mart ayında Britaniyanın Aİ-dən çıxış prosesini başlatdığını açıqlayıb.

Lissabon sazişinə əsasən, Britaniyanın Aİ-dən çıxışı proseduruna iki il vaxt verilir, bundan sonra onun ittifaqdakı üzvlüyü avtomatik olaraq dayandırılır. Bu müddət 2019-cu il martın 29-da başa çatacaq, lakin tərəflərin qarşılıqlı razılığı ilə müddət uzadıla bilər.

Lissabon sazişinin 50-ci maddəsinə əsasən, "Brexit"in şərtləri barədə razılıq ixtisaslı çoxluq tərəfindən təsdiq edilməlidir. Başqa sözlə, qərar Aİ əhalisinin 65%-ni əhatə edən, ittifaqın üzvü olaraq qalan ölkələrin 72%-nin razılığı ilə qəbul olunmalıdır. Bundan əlavə, qərar Avropa Parlamentinin deputatları tərəfindən də təsdiq olunmalıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol