İŞİD-in Mosula hücumu nəticəsində dinc sakinlər həlak oldu

İŞİD terror qruplaşmasının İraqın Mosul şəhərindən qaçan dinc sakinlərə hücumu nəticəsində 32 nəfər həlak olub.
anews.az-ın Report-a istinadla məlumatına görə, bu barədə İraq federal polisinin nümayəndəsi Əhməd Qasim əl-Übeydi xəbər verib.
Onun sözlərimnə görə, biri qadın olmaqla, İŞİD-in iki kamikadzesinin dinc sakinlər arasında partlayıcı qurğuları işə salması nəticəsində 5-i uşaq, 10-u qadın olmaqla, 23 nəfər həyatını itirib. Polis nümayəndəsi qeyd edib ki, hadisənin baş verdiyi ərazi İŞİD silahlılarının nəzarəti altında olduğundan ölənlərin cəsədləri partlayışın törədildiyi yerdə qalıb.
Übeydi bununla yanaşı qeyd edib ki, İŞİD-in dinc sakinləri hədəfə alan raket hücumları nəticəsində daha 9 nəfər öldürülüb.
Bununla yanaşı, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus hərbi hava qüvvələrinin hücumu zamanı da İraq polisinin 15 əməkdaşı həlak olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















