ABŞ-da qubernator bütün çimərliyi bağlatdırıb - FOTOLAR

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru yerli büdcənin qəbul edilməsindəki çətinliklərlə bağlı çimərliyi və bir sıra ictimai müəssisələri iki günlük bağlatdırıb. Lakin bu, siyasətçiyə ailəsi və dostları ilə birlikdə adamsız çimərlikdə dincəlməyə mane olmayıb.
anews.az Life-a istinadən xəbər verir ki, Kris Kristi ailəsi ilə birlikdə onun göstərişi ilə bağlatdırılan ictimai çimərlikdə dincəlib.
Bir müddət sonra mətbuat konfransında qubernator jurnalistin sualına cavab olaraq bildirib ki, günə çıxmadığı xeyli müddətdir. Bunun ardınca sosial şəbəkələrdə Krisin sahildə ailəsi ilə birlikdə dincəlməsi ilə bağlı şəkillər yayılıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















