• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Türkiyədəki yeni səfiri Ankaradadır

Rusiyanın Türkiyədəki yeni səfiri Ankaradadır
15.07.2017 13:00
Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır.

Yerxov Türkiyə Parlamentinin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş xüsusi iclasında iştirak edəcək. 

anews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər.

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Yerxovu ölkənin Türkiyədəki səfiri təyin edib. Daha öncə Yerxov Misirdə səfir, İstanbulda isə Rusiyanın baş konsulu vəzifəsini icra edib. 

"Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır. Hava limanında onu Türkiyə XİN-in protokol departamentinin direktoru Şövgi Mütevellioğlu qarşılayıb”, - agentliyin həmsöhbəti bildirib.

Yerxov bu gün Türkiyə parlamentinin sədri İbrahim Qəhrəmanın dəvəti və ölkə prezidenti Rəcəb Tayib Ərdoğanın razılığı ilə Parlamentinin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş  xüsusi iclasında iştirak edəcək. 

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabr ayının 19-da Ankarada sərginin açılışında qətlə yetirilmişdi. Səfirə atəş açan cinayətkar polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol