• $
  • €
  • ₽
  • ₺
  • £

Bağırsaq çöpündən ibarət bioloji kompüter yaradıldı

Bağırsaq çöpündən ibarət bioloji kompüter yaradıldı
29.07.2017 16:19
Harvard Universitetinin genetiklər qrupu bağırsaq çöpünü bioloji kompüterə çevirməyə nail olub. Bakteriya əsasında, həmçinin elektrik siqnallar rolunu ribonuklein turşusu (RNT) molekullarının oynadığı məntiqi sxem yaradılıb.

Anews,az ICTnews-a istinadən yazır ki, qeyd olunur ki, alimlər bioloji kompüterlərin yaradılması ilə uzun müddətdir məşğuldurlar. Artıq dezoksiribonuklein turşusu (DNT) əsasında çoxlu kompüterlər ərsəyə gətirilib. Bununla yanaşı, ABŞ-da özündə müxtəlif ştammlı bakteriyaları birləşdirən biokompüter düzəldilib. Lakin bu sahədə qazanılan uğurlara baxmayaraq DNT kompüterləri bir əhəmiyyətli çatışmazlığa malikdir. Belə ki, iş prosesində iştirak edən bütün DNT zəncirləri ciddi şəkildə müəyyənləşdirilmiş funksiyanı yerinə yetirirlər. Yəni DNT molekulunun strukturunu dəyişmədən bioloji kompüterin yeni əməliyyatlar yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən indiyədək alimlər bir takt tezliyində bir məntiqi əməliyyat yerinə yetirən sadə biokompüterlər yaradıblar.

Bildirilir ki, Harvard ekspertləri başqa yol seçərək DNT əvəzinə, qısa RNT molekullarından istifadə etmək qərarına gəliblər. Bu yanaşma onlara yarımkeçirici proseslərinin bütün funksiyalarını həyata keçirə bilən biokompüter yaratmağa imkan verib. RNT bakteriya molekulları "sancaq” formasındadır. "Sancaq”lar onlara uyğun "sancaq” dəstinə malik digər RNT molekulu qoşulanda formasını dəyişməyə başlayır. RNT forması ribosomun onu oxuya və hüceyrəni müəyyən siqnal verməyə məcbur edən zülal molekulunu yığa bilməsini müəyyənləşdirir. RNT molekulu sonluqlarında müxtəlif tip "sancağı” birləşdirməklə çıxışda müxtəlif siqnallara nail olaraq yarımkeçirici sxemlərinin məntiqi elementlərinin analoqlarını yaratmaq mümkündür.

Məlumata görə, Harvard alimləri RNT molekulundan 4 əsas məntiqi əməliyyatı emal edən və istənilən məntiqi ifadələri yoxlayan bir neçə universal hesablayıcı bloklar yaradıblar. Bunun işləməsinə əmin olduqdan sonra mütəxəssislər bir neçə bloku 12 məntiqi əməliyyatı yerinə yetirərək 5 müxtəlif kimyəvi siqnalı emal edən 444 zəncir halqasından ibarət sistemdə birləşdiriblər.

Biokompüterlərdən canlı hüceyrələrin daxilində proseslərin izlənilməsi, eləcə də insan sağlamlığının vəziyyətinə nəzarət ötürücülərinin yaradılması üçün istifadə etmək mümkündür.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol