• $
  • €
  • ₽
  • ₺
  • £

Forbes Bakıdan yazdı: Ora bir dəfə gedən...

Forbes Bakıdan yazdı: Ora bir dəfə gedən...
01.08.2017 11:15
ABŞ-ın Fransa və Böyük Britaniyada geniş oxucu kütləsi qazanmış iqtisadiyyat mövzusunda məqalələr dərc edən "Forbes” qəzetində Azərbaycanın maddi və mənəvi irsi, təbii sərvətlərinə həsr olunmuş məqalə dərc edilib.

anews.az Report-a istinadənxəbər verir ki, müəllif Stefan Rabimov öz məqaləsində bir çox ölkələrin şərq və qərbin kəsişdiyi məkan tituluna iddia etdiyini, lakin Azərbaycan xalqı və paytaxt Bakının layiqli şəkildə bu şərəfli titulu qazana bildiyini vurğulayır.

S.Rabimov yazır ki, 2012-ci ildə dünyada öz adı ilə məşhur olan Avroviziya mahnı müsabiqəsini qəbul edən, 2015-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarının təşkil edildiyi Bakı şəhəri, bu il İslam Həmrəylik Oyunları çərçivəsində 56 Orta Sərq, Asiya və Afrika ölkəsindən olan atletləri qarşılayıb.

O, bildirib ki, Formula-1 yarışı, Novruz festivalının keçirildiyi Bakı iki milyona yaxın qonağı öz ağuşuna almağı bacarıb.

Azərbaycanın təbii nemətlərindən yazan müəllif qeyd edib ki, ölkədə neftdən hazırlanan məhsullar hətta əfsanəvi səyahətçi Marko Polo tərəfindən sənədləşdirilib. XX əsrin əvvəllərində Bakı nefti yer üzünün yarısını təmin edə bilib. 1991-ci ildən müstəqillik əldə etdikdən sonra tarixi investisiyası və geniş qaz yataqlarının istismarı bu ölkəni yenidən "təbii yanacaq lideri”nə çevirib.

S.Rabimov yazır ki, Bakıda YUNESKO-nun irsinə daxil olan və böyük maraq doğuran möhtəşəm tarixi abidələr mövcuddur və çox maraqlı tədbirlər baş tutur. Yer üzündə olan 20 iqlim qurşağından 12-si Azərbaycanda var. Bu məkanda dəniz, başı qarlı dağlar, ucu-bucağı bilinməyən meşələr və hətta göz işlədikcə uzanan çöllər mövcuddur. Fəslindən, ayından asılı olmayaraq Azərbaycana gəlmiş heç bir qonağın darıxdığına rast gəlmək mümkün deyil. Bakıda qonaq olmuş hər bir kəs bu şəhərə bir də qayıtmaq arzusu ilə yaşayır və növbəti dəfə ora tək yox, yaxınları, dostları, tanışları ilə qayıdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol