• $
  • €
  • ₽
  • ₺
  • £

Hücumun vaxtı açıqlandı - avqustun ortası

Hücumun vaxtı açıqlandı - avqustun ortası
10.08.2017 09:50
Şimali Koreya ilə ABŞ arasında gərginlik gün keçdikcə artır. İstiPress-in məlumatına görə, dünya 3-cü dünya müharibəsinə bir addım da yaxınlaşıb.

Koreyanın rəsmsi xəbər agentliyi hücum tarixini açıqlayıb. Agentlik avqust ayının ortasında ABŞ-ın hərbi bazasının yerləşdiyi Quama 4 raket atmaq üçün Kim Çen Inın əmrini gözlədiklərini açıqlayıblar.

Ölkənin ordusundan yayılan açıqlama da hücum planının hazırlandığını açıqlamışdı. "Planımızı edəcəyik və Quamı vurmaq üçün Baş komandanın əmrini gözləyəcəyik". Ölkə rəsmiləri Trampın cavab zərbələri barədə əmrini isə "bir ovuc sərsəmlik" adlandırıblar.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Şimali Koreya rəhbərliyinə xalqa ziyan vuracaq əməllər planlaşdırmağı dayandırmağa çağırıb. "Bu ölkə özünü təcrid etməkdən və nüvə silahı yarışından əl çəkməlidir. Rejimin addımları ağır şəkildə məğlum edilməyə davam ediləcək. Başladığı silahlanma yarışında da, savaşda da məğlub olacaq".

Nazir problemi diplomatik yollarla həll etməyi də təklif edib.

NBC telekanalı da ABŞ Müdafiə Nazirliyinin hücum planı hazırladığı deyib. Məlumata görə, bu planda əgər ABŞ prezidenti Donald Trampın müvafiq əmri olarsa Şimali Koreyanın raketləri buraxdığı ərazilərin cavab zərbələri ilə vurulması nəzərdə tutulur.

Xatırladaq ki, Koreyanın hədəsi ABŞ tərəfinin müharibə bəyanatından sonra səsləndirilib. Prezident Donald Tramp da qarşı tərəfi savaşla təhdid edərək nüvə silahı sınaqlarına son qoymağa çağırmışdı. Tramp deyib ki, əgər qarşı tərəf nüvə sınaqlarını artırarsa dünyanın daha öncə heç görmədiyi bir atəş və hiddətlə qarşılıq görəcək.

Kim Çen Inın hədəfində olan Quamda Amerikanın Anderson aviabazası və Apra Xarbor hərbi dəniz bazası var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol