• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub

XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub
02.09.2017 09:58
Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı, Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.
 
XİN-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımız 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışa veriliblər. Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməyiblər. XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub.
 
"Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Eyni zamanda vətəndaşlarımızın azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin, sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-nin Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.
 
Bu əsnada Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlaması təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.
 
2 sentyabr 2017-ci ildə vətandaşlarımız Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib və İstanbuldakı Baş konsulluğumuz tərəfindən onlar üçün sərhəd keçmə sənədləri hazırlanıb və təyyarə ilə Bakıya yola salınıblar.
 
Bu xüsusda göstərdiyi dəstəyə görə qardaş Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə, Bakıdakı səfirliyinə və Türkiyə Xarici İşlər Nazirliyinə dərin təşəkkürümüzü bildiririk", - deyə nazirliyin açıqlamasında bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol