• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı ilə erməni cinayətkar qrup yaratdı

Azərbaycanlı ilə erməni cinayətkar qrup yaratdı
06.09.2017 10:05
Xarkovun Dzerjinski məhkəməsi Azərbaycandan və Ermənistandan olan  cinayətkarlar dəstəsinin məsələsinə baxıb. Dəstədə həmçinin Xarkov sakini olan üçüncü bir cinayətkar da olub. Onlarla birlikdə müttəhimlər kürsüsündə Mariupolda yaşayan bir qadın da əyləşib.

Anews.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Depo. Xarkov" nəşri məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, 25 fevral 2015-ci ildə həmin qadın öz rəfiqəsigildə qonaqlıqda olub. O orada onun zəngin dostu haqqında eşidib və ona hücum etməyi təklif edib.

Qadın kişilərlə, hansılar ki, hücumda iştirak etməli idilər, rəfiqəsini tanış edib. Həmin kişilər hücum üçün lüləsi kəsilmiş tüfəng və qurbanın bağlanması üçün əşyalar  tapıblar.

Hücum 27 fevrala planlaşdırılıb. Onlar zərərçəkəni nərdivan qoyulmuş "qəfəsin" yanında gözləyiblər. Və yaxınlaşan kimi  onun başından vurublar. O, gözlənilməz zərbələrdən huşunu itirib. Buna baxmayaraq, cinayətkarlar onu  vurmaqda davam ediblər.

Bu zaman qurbanın qolundan saatını çıxarıblar, içərisində travmatik tapança, pul, mənzilinin açarları, bank kartı və sənədlər olan çantasını götürüblər. Sonra əllərini bağlayıb, silahla hədələyərək  12-ci  mərtəbəyə qaldırıblar.

Daha sonra zərərçəkmişi arvadına zəng vurmağa məcbur ediblər. O, arvadına tapşırıb ki, mənzildəki seyfdə olan pulu və tüfəngi götürüb küçəyə çıxarsın. Cinayətkarlardan biri aşağı düşüb və onun gətirdiyi 3,8 min avro pulu və silahı götürüb.

Yekunda hücum edənlərdən biri cinayətin təşəbbüskarına mükafat kimi 5 min qrn verib.

...Məhkəmə onları Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə  təqsirli bilib və barələrində, üç ili sınaq müddəti olmaqla, beş illik həbs qərarı çıxarıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol