• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qiymətə Avropa vətəndaşı olmaq olar

Bu qiymətə Avropa vətəndaşı olmaq olar
19.09.2017 23:00
2 milyon avro ödəyərək, Avropa İttifaqı vətəndaşı olmaq mümkündür.

anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, Kiprin yunan hissəsində 2013-cü ildən tətbiq edilən "qızıl viza" proqramı çərçivəsində verdiyi Avropa İttifaqı vətəndaşlığı qarşılığında 4 milyard avro qazandığı məlum olub. 

Qərb mətbuatının xəbərinə əsasən, aralarında rüşvətxorluq və korrupsiyada ittiham edilən rus və ukraynalı milyarderlərin də olduğu yüzlərlə insan Kiprin yunan hissəsində "qızıl viza" proqramı çərçivəsində Avropa İttifaqı pasportuna sahib olub.

Qəzetə ötürülən sənədlərə əsasən, Kiprin yunan hökuməti 2013-cü ildən bu yana tətbiq etdiyi proqram çərçivəsində 4 milyard avrodan çox gəlir əldə edib. Təkcə ötən il bu proqram çərivəsində 400-dən çox pasport verilib.

Xəbərə əsasən, pasport alanlar arasında Rusiya Dumasının bir sabiq millət vəkili, Ukraynanın ən böyük ticarət bankının qurucuları da var.

"Qızıl viza" proqramına görə, ölkədə 2 milyon avroluq daşınmaz əmlak alan və ya 2.5 milyon avroluq şirkət və ya sərmayə qoyan şəxslər bu ölkənin vətəndaşı ola bilərlər.

Proqramdan faydalanmaq üçün hər hansı bir dil və ya qeydiyyat şərti yoxdur. Pasport alan şəxslər 7 ildən bir ölkəyə giriş etməlidirlər.

Amma bu proqramı tənqid edənlər prosesin şəffaf işləmədiyini, xüsusilə korrupsiya ilə ittiham edilən bir çox insanın ölkələrindəki qanundan qaçmaq üçün asanlıqla Aİ vətəndaşlığına keçə bildiyini deyirlər.

Sərmayə qarşılığında vətəndaşlıq verən proqramlar təkcə Kiprdə yox, digər Aİ üzvü ölkələrdə var. Məsələn, 2008-ci il böhranından əziyyət çəkən Maltada da buna bənzər proqram təqdim edilmişdi. 

Amma Malta hökuməti şəffaflıq üçün vətəndaşlığa müraciət edənlərin siyahısını açıqlamışdı.

Portuqaliyada isə 500 min avro dəyərində daşınmaz əmlak alan şəxslərə oturmaq icazəsi verilir və həmin şəxslər 6-cı ildə vətəndaşlıq üçün müraciət haqqı qazanır.

İspaniyada da eyni məbləğə oturma icazəsi verilir. Amma vətəndaşlıq üçün müraciət edən şəxslər 10 il müddətində bu ölkədə yaşamalıdırlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol