• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"un yeni qaydaları medianın işinə yaramayacaq

"Facebook"un yeni qaydaları medianın işinə yaramayacaq
25.10.2017 12:20
Slovakiyanın "Dennik N” nəşrinin əməkdaşı Filipp Struxarik öz bloqunda "Facebook" xəbər lentinin formalaşdırılmasının yeni üsuluna diqqət çəkib.

Anews.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, sosial şəbəkənin eksperimentləri ucbatından 60-a yaxın yerli KİV-in "Facebook"dakı səhifələrinin aktivliyi 4 dəfə aşağı düşüb.

"Facebook"un təcrübələri tövsiyələrlə zəngin yeni səhifənin yaranması ilə meydana gəlib (Explore). Sosial şəbəkənin yaradıcıları ora istifadəçilərin abunə olduğu ictimai səhifələrin siyahısını daxil ediblər. Nəticədə isə sosial şəbəkənin ana səhifəsində ancaq reklamlar və dostların paylaşımları qalıb.

Odur ki, KİV-lərin paylaşımlarını, eləcə də, digər ictimai səhifələri görmək üçün istifadəçilər Explore-da olan əlavə lentə qoşulmalıdır. Mediadan olan paylaşımlar əsas lentə ancaq reklam vasitəsilə düşə bilər.

İstifadəçilərin bir qismi dəyişiklikləri bir neçə həftə əvvəldən fərq ediblər, amma təcrübələrin böyük qismi 19 avqustda qüvvəyə minən Explore xəttinin aktivləşməsindən sonra həyata keçirilməyə başlanıb. Bir neçə "Facebook" səhifəsinin administratorları deyiblər ki, yeni eksperimentin aktivləşməsi ilə onların əhatə dairələrinin üçdə ikisi azalıb.

"Facebook" nümayəndəsi F.Struxarikə cavabında isə deyib ki, sosial şəbəkə altı ölkədə yeni iş alqoritmini sınaqdan keçirir. Bunlar Slovakiya, Şri-Lanka, Serbiya, Boliviya, Qvatemala və Kambocadır. Eksperiment hələlik zəngin oxucu kütləsi olan nəhəng KİV-lərə sirayət etməyib. Amma o qədər də böyük olmayan saytlar ziyarətçilərinin sayında ciddi azalma müşahidə ediblər.

"Facebook" 19 oktyabr 2017-ci ildə sosial şəbəkənin masaüstü versiyasında Explore variantının lansmanını elan edib. Həmin vaxta qədər əlavə lent mobil versiyalar üzərindən test edilirdi. Təsvirə əsasən, ona hadisələr, qruplar, səhifələr və "Facebook"un başqa kontingenti daxildir. Buna bənzər versiya 2017-ci ilin sentyabr ayından etibarən "VKontakte" sosial şəbəkəsində tətbiq olunur.

Bu xəbər ölkəmizdəki media orqanları üçün də xoş xəbər olmadı. Çünki bu günə qədər saytlar, əsasən, öz xəbərlərini sosial şəbəkə vasitəsilə paylaşır, İP yığmağa çalışırdılar. Hətta Avropanın inkişaf etmiş saytları, xəbər agentliklərinin, qəzetlərinin onlayn versiyası sosial şəbəkə üzərindən paylaşımlarla oxucu toplayır. Avropada, ABŞ-da "Facebook" gerçək bir dükandır. Milyardlarla insan FB üzərindən media orqanlarının səhifəsinə daxil olur. Hələlik 6 ölkə pilot olaraq seçilib. Amma bunun daha geniş dairəni əhatə edəcəyi də istisna deyil.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol