• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan üçün təhlükəli gedişat: Tiflis bu addımı atsa...

Ermənistan üçün təhlükəli gedişat: Tiflis bu addımı atsa...
26.10.2017 17:54
Mətbuata açıqlama verən Gürcüstan politoloqu Kaxa Qoqolaşvilinin fikrincə, işğalçı siyasəti üzündən Ermənistana qarşı həyata keçirilən blokada siyasətinə Tiflis də qoşula bilər. Daha doğrusu, Azərbaycan və Türkiyə ilə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun işə salınması ilə genişlənən əməkdaşlıq fonunda Tiflisin buna getmək məcburiyyətində olduğu deyilir.

Görəsən, nəhayət, Gürcüstan da Ermənistana qarşı blokadaya qoşula bilərmi?

Politoloq Qabil Hüseynlinin fikrincə, Tiflis BTQ-nin işə düşməsilə qismən də olsa işğalçı Ermənistana qarşı blokadaya qoşulacaq:

"Gürcüstan qismən bu blokadaya qoşula bilər. Amma Rusiyadan Ermənistana gedən qazın qarşısını kəsə bilməyəcək. Həmçinin, Gürcüstan ərazisindən Ermənistana gedən şosse yolu, əsasən də xüsusi ticarət zonasına gedən ərazi fəaliyyətini davam etdirəcək. Bununla belə, Tiflis Ermənistana qarşı blokadaya qoşulmaq üçün Azərbaycan tərəfinə vəd verib.

Onun necə həyata keçiriləcəyi barədə konkret fikirlər söyləmək çətindir. Bütün hallarda Ermənistana gedən şosse yolu ilə dəmiryolu bağlansa, bunu əsl blokada hesab etmək olar. Ermənistana qarşı blokadaya qoşulmaq üçün elə məsələlər var ki, Gürcüstanın özündən asılı deyil. Məsələn, Ermənistana gedən qaz kəməri Gürcüstanın özü üçün mənfəətlidir. Çünki buna görə Gürcüstan Rusiyadan əlavə qaz alaraq, ehtiyacını ödəyir. Yəni Tiflis özü üçün xeyirli olan, büdcəsinə pul gətirən layihələrlə bağlı olaraq hələlik, blokada siyasətinə baş qoşmaq istəmir. Bununla belə Ermənistanla ticarət əlaqələrini, mal mübadiləsini dayandıra bilər. Tiflis-Gümrü dəmiryolu onsuz da dayandırılıb ki, bunun özü də blokadaya bənzər bir hadisədir. Tiflis həmçinin, Ermənistanın BTQ dəmiryolu xəttinə qoşulmaq niyyətinə "yox” deyib.

Çünki həmin məsələ təkcə Gürcüstanın kompitensiyasında deyil, burada söz sahibləri arasında Bakı ilə Ankara da var. Hər halda, Abxaziya dəmiryolunun bağlanması da Ermənistana yönəlik blokadanın az qala yarısını təşkil edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol