• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayılıb

Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayılıb
11.11.2017 14:00
Səudiyyə Ərəbistanında korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən milyarder şahzadə əl Valid bin Talal və nazir Mutain saxlanıldıqları oteldə çəkdikləri "selfi”ni paylaşıblar.

Anews.az Report-a istinadən xəbər verir ki, onlar krallığın paytaxtı Ər-Riyaddakı "Ritz Carlton” mehmanxanasında saxlanılırlar.

Fotoda ən çox diqqət çəkən şahzadə əl Valid bin Talaldır. Səudiyyə Ərəbistanının ilk kralı olmuş ibn Səud kimi tanınan Əbdüləziz bin-Əbdürrəhmanın nəvəsi şahzadə əl Valid bin-Talal bin Əbdüləziz əl Səud 17 milyard dollar sərvətə malikdir. O, dünyanın ən zəngin 100 adamından biridir. 

Şahzadə əl Valid bin Talal 1955-ci ildə anadan olub. Böyük şirkətlərə sərmayə qoyub. Bu gün isə şahzadə bin Talal müxtəlif cinayətlər törətməkdə ittiham olunaraq Səudiyyə Ərəbistanının ən məşhur otelində saxlanılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi noyabrın 4-də 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslər qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq həbs olunublar.

Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Yeni komitəyə isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman başçılıq edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol