• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi

Sərkisyan AŞ-də hərbi cinayətkar olduğunu dedi
13.11.2017 12:02
İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb. Məhkəmə istintaqı zamanı Kataloniya parlamentinin spikeri Karme Forkadelin həbsinə qərar verilib. Maraqlıdır, bəs Dağlıq Qarabağda seperatizm törədənləri bu şəkildə axtarışa verib, məhkəmə qarşısına çıxarmaq mümkündürmü?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan bunu 1988-91-ci illərdə, yəni Dağlıq Qarabağda separatizm dalğası başlayanda etməli idi:

"Lakin həmin dövrlərdə bir sıra məlum səbəblərdən bunu edə bilmədi. Sonradan Qarabağda müharibə başladı və həmin separatçılar artıq separatçılıq həddini də aşıb müharibə cinayətkarlarına çevrildilər ki, onların başında Ermənistanın indiki və keçmiş rəhbərliyi, Dağlıq Qarabağın separatçı rejimi də var. Onlar bu gün də həmin əməllərinə davam edirlər. Təəssüf ki, həmin şəxsləri müdafiə edən qüvvələr də çoxdur - bəzi böyük dövlətlər, konkret olaraq, əvvəllər SSRİ, daha sonra Rusiya, bəzi Qərb ölkələri və s”.

Politoloq qeyd edib ki, ikili standart bu məsələdə daha qabarıq formada özünü göstərdi:

"Kataloniya separatçılarının ayrıca bir dövləti yoxdur, İspaniyanın tərkibində bir muxtariyyət statusu olan ərazidir və İspaniya Avropa Birliyi tərəfindən müdafiə olunur, ona separatizmə qarşı mübarizədə hərtərəfli dəstək nümayiş olunur. Ermənistan isə Azərbaycanın torpağını işğal edərək, Qarabağdakı ermənilərə birbaşa hərbi dəstək göstərir. Yəni, ikili standartlar, gördüyümüz kimi, burada da özünü göstərir. İspaniyadakı separatçılar məsuliyyətə cəlb olunur, onlara qarşı beynəlxalq hüququn bu məsələyə dair müddəaları lazımi şəkildə tətbiq olunur. Lakin, təəssüf ki, hərbi cinayət törətmiş və hətta Avropa Şurasının tribunasından bunu etiraf edən Ermənistan rəhbərliyinə münasibətdə bu məsuliyyətin tətbiqinə imkan verilmir”.

Politoloq vurğulayıb ki, haqq-ədalət tez ya gec öz yerini tapır:

"Vaxt gələcək erməni separatçıları da nəinki separatçı, hətta müharibə cinayətkarları kimi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Onları indi toxunulmaz edən havadarlarının mövqeyi zəifləyən kimi həmin şəxslər də törətdikləri cinayətlərin cavabını verməli olacaqlar. Nürnberq, keçmiş Yuqoslaviya üzrə hərbi tribunalar buna misal ola bilər. Rusiyanın Cənubi Qafqazdakı mövqelərindən geri çəkilməsi baş verəcəyi təqdirdə erməni separatçıları artıq tək separatçı kimi yox, həm də müharibə cinayətkarları kimi beynəlxalq hərbi tribunal qarşısına çıxarıla bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol