• $
  • €
  • ₽
  • ₺
  • £

SEPAH komandanı: “İŞİD hələ məhv olmayıb”

SEPAH komandanı: “İŞİD hələ məhv olmayıb”
23.11.2017 18:14
"Bu gün İŞİD-in hökmranlığı başa çatıb və daha heç bir kənd, şəhər və torpaq bu terror qruplaşmasının nəzarətində deyil. Lakin İŞİD hələ məhv olmayıb, İŞİD düşüncəsinin regionda olması onların genişlənmək təhlükəsini artırır. Onlar dağınıq qruplar halında ABŞ və İsrailin dəstəyi ilə müxtəlif ölkələrə gedirlər. Ona görə də, müxtəlif ölkələr bu qeyri-sabitlik və intihar hücumları ilə bağlı hazırlıqlı olmalıdır”.
 
APA-nın Tehran bürosunun xəbərinə görə, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əzizullah Cəfəri keçirdiyi mətbuat konfransında deyib. O, İŞİD üzvlərinin haradasa yenidən təşkilatlanaraq hansısa şəhərə hücum edəcəklərini istisna etməyib.  
 
Ə. Cəfəri Livan "Hizbullah”ının silahlanması ilə bağlı məsələyə toxunaraq bildirib ki, "Hizbullah”ın varlığı onun silahından asılıdır: "”Hizbullah”ın mahiyyəti budur ki, Livan xalqının düşməni İsrail qarşısında silahlansın. Çünki İsrailin ilk məqsədi Livandır. "Hizbullah”ın təhlükəsizliyi təmin etmək üçün ən yaxşı silahlarla silahlanması təbiidir və bu, müzakirə oluna bilməz. Livan xalqı da balacasından böyüyünə kimi "Hizbullah”ın silahlı olmasını dəstəkləyir”.
 
SEPAH rəhbəri İran, Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünün müsbət nəticələnəcəyinə ümidvar olduğunu söyləyib. O qeyd edib ki, SEPAH və İran xalqı Suriyanın yenidən qurulmasına qoşulmağa hazırdır: "Hökumətlə də danışıqlar aparmışıq və müəyyən olunub ki, SEPAH bu sahədə digərlərindən daha yaxşı iş görə bilər. Əlbəttə, bu, Suriya hökumətinin istəyindən də asılıdır. Danışıqlar aparılır və ilkin hazırlıq işləri görülür”.
 
Ə Cəfəri bəyan edib ki, islam ümməti harada zülmlə üzləşirsə, İran onları dəstəkləyir: "Digər ölkələrdə, o cümlədən Yəməndə bizim dəstəyimiz fərqli formadadır. Yardımlarımız  hakimiyyətin istəyi ilə olmalıdır. Orada hökumət "Ənsərullah”ın əlindədir və bizim yardımlarımız əsasən məsləhət və daha çox mənəvi yardımlardan ibarətdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol