• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada tatar dili dövlət dili ola bilər

Rusiyada tatar dili dövlət dili ola bilər
11.12.2017 15:29
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.

Anews.az APA-ya istinadən xəbər verir ki, müraciətdə tatarların Rusiyada yaşayan ikinci böyük xalq olduğu nəzərə çatdırılır: "Bizim xalq Rusiya Federasiyası xalqları arasında öz sayına görə ikinci yeri tutur. Tatar dili Rusiyada qeyri-rəsmi olaraq ikinci millətlərarası danışıq dilidir. Tatar dilini başqırdlar, kumıklar, balkarlar, yakutlar, Altay xalqları, Orta Asiya xalqları, azərbaycanlılar, türklər və digərləri başa düşürlər".

Tatarıstan Ruhani İdarəsinin Ağsaqqallar Şurası bildirib ki, tatar xalqının böyük hissəsi (üçdə ikisi) Tatarıstandan kənarda yaşayır, bu səbəblə onların doğma dili olan tatar dilində təhsil almağa, mədəniyyətlərini, adətlərini inkişaf etdirməyə imkanları yoxdur.

Müraciət müəllifləri kiçik xalqların dilləri ilə bağlı aparılan bugunki siyasətin ciddi narahatlıq doğurduğunu, Tatarıstan məktəblərində tatar dilinin tədrisi saatlarının azaldılmasının isə respublikada rus və tatar xalqları arasında olan bərabərliyə ziyan vuracağını vurğulayıblar: "Rusiya Federasiyasının Konstitusiyasında tatar dilinin ikinci dövlət dili kimi təsbit olunması onu gələcəkdə diskriminasiyadan xilas edər, Rusiyanın xalqları və millətləri arasında güvəni möhkəmləndirər, vətənpərvərlik tərbiyəsini gücləndirərdi".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol