• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin taleyi həll olunur - “Sxodka" keçiriləcək

“Lotu Quli”nin taleyi həll olunur - “Sxodka" keçiriləcək
28.12.2017 16:28
Yeni il bayram günlərində Moskvada "oğru sxodkası" keçiriləcək. Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu "sxodka"dan asılıdır.

BakuPost.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın məlumatlı mənbələr məlumat verib. Kriminal dünyanın bütün diqqəti qarşıdakı bu hadisəyə yönəlib. Bu hadisə xüsusi xidmət orqanlarının da az marağına səbəb olmayıb. Çünki onlar da cinayətkar qruplaşmaların liderlərinin toplaşacağı yeri müəyyən etməyə cəhd göstərir.

Xatırladaq ki, Səlifov oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Kriminal avtoritet Azərbaycan sərhədlərini dərhal tərk edərək qardaşları ilə birlikdə İstanbula gedib.

Səlifov 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, hələ beş ilə qədər də həbsxanada oturmalı idi.

Bütün bunlarla yanaşı, nüfuzlu kriminal avtoritetlərin toplaşacağı Moskva "sxodka"sında 41 yaşlı "qanuni oğru" Georgi Giorqadze (Vladimir, "Giya Kutaisski") kiminlə dostluq edəcəyinə aydınlıq gətirəcək. Əgər "Giya Kutaisski" "Lotu Quli"ni seçsə (hansı ki, sonuncu bunu çox arzulayır), Səlifov praktiki olaraq "toxunulmazlıq" statusu əldə edəcək. Çünki "Giya Kutaisski" öz dairəsində "sözübütöv oğru" kimi xüsusi hörmət və nüfuza malikdir.

O da məlumdur ki, gözlənilən görüşdə bu "qanuni oğru"ların iştirakı təsdiqlənib: Eduard Asatryan ("Osetrin"), Vasili Xristoforov ("Vasya Voskress"), Vladimir Tyurin ("Tyurik"), Oleq Şişkanov ("Çiçkan"), Oleq Muxametşin ("Muxa"), Kaxaber Parpaliya ("Kaxa Qalski"), Vladimir Barkalov ("Vova Blondin"), Vladimir Zyatkov ("Zyatek") və başqaları.

Buna paralel olaraq, hazırda İstanbulda olan Səlifov və digər "qanuni oğru"lar da Türkiyədə toplaşacaqlar. Moskva ilə Türkiyə arasında videokörpü təşkil ediləcək.

"Sxodka"nın gündəliyində digər "qanuni oğru" Yuri Piçuqinin də gələcək taleyinə aydınlıq gətirmək durur. Məsləkdaşlarının ona çoxlu sualları var. Amma Nadir Səlifovun ona xüsusi iradı var. İş ondadır ki, "Giya Kutaisski"nin himayəsini təkcə Səlifov deyil, eləcə də bu yaxınlarda azadlığa çıxmış Merab Canqveladze, Badri Koquaşvili ("Badri Kutaisski") və Eduard Asatryan da qazanmaq istəyir. İndi "Giya Kutaisski"nin qarşısında seçim dayanır.

Qeyd etmək laızmdır ki, "Guya Kutaisski" heç vaxt səhv buraxmayan oğrulardandır. Onun haqqında deyilənə görə, Giya o qədər ehtiyatlıdır ki, qarın üstündə yeriyir, amma orada heç bir iz buraxmır.

Kutaisski sadəcə bir dəfə cibgirlik üstündə həbsxanaya düşüb və cəzasını xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nda çəkib. Onun bura düşməsi oğru kastasındakı gələcək mövcudluğunu təmin edib.

Onun azadlığa çıxmasından dərhal sonra "Lujniki" stadionu yaxınlığındakı restoranda 100 nəfərin iştirakı ilə irimiqyaslı "oğru sxodkası" keçirilib. Burada "Giya Kutaisski" yekdil səslə "qanuni oğru" adı ilə taclandırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol