• $
  • €
  • ₽
  • ₺
  • £

Sloveniya Xorvatiyaya nota verdi

Sloveniya Xorvatiyaya nota verdi
30.12.2017 15:30
Dekabrın 29-da Sloveniya Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının icrası tələbi ilə qonşu Xorvatiyaya diplomatik nota verib.

Sloveniyanın Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, qonşu ölkə ilə su və quru sərhəd xəttinin müəyyənləşdirilməsi ətrafında davam edən mübahisə ilə bağlı eyni zamanda Avropa Komissiyasına da müraciət edilib. Qeyd edilib ki, Baş nazir Miro Tserar və xarici işlər naziri Karl Eryaveç Avropa Komissiyasını hazırkı vəziyyət barədə məlumatlandırıb və bu məsələdə ciddi addımlar atmağı tələb ediblər. Lyublyana Avropa Komissiyasından beynəlxalq məhkəmə qərarının icrası istiqamətində onun mövqeyinin dəstəklənməsini gözləyir.

Qeyd edək ki, iyun ayında Haaqa Arbitraj Məhkəməsi tərəfindən verilən qərara əsasən, iki ölkə arasında uzun illərdən bəri mübahisə mövzusu olan İstriya yarımadasında yerləşən Piran buxtasının əsas hissəsi Sloveniyaya verilmiş, həmçinin bu ölkənin beynəlxalq sulara maneəsiz çıxış üçün dəhlizdən istifadə hüququ tanınmışdı. Xorvatiyanın payına isə iki ölkənin sərhədində yerləşən bir neçə yüksəklik düşmüşdü. Həmin qərarın icrası üçün son gün olaraq dekabr ayının 30-u müəyyən edilmişdi. Sloveniya tərəfi dekabrın 30-dan sonra qüvvəyə minəcək yeni sərhəd rejimi ilə bağlı bütün hazırlıqları başa vursa da, Xorvatiya beynəlxalq məhkəmənin qərarını tanımır və qonşu ölkəyə birtərəfli addımlardan çəkinməyə dair xəbərdarlıq edib.

Bununla da iki ölkə arasında Piran buxtası və digər sərhəd məntəqələri ilə bağlı gərginlik son həddə çatıb. Hər iki tərəf sərhəd zolağında hansısa qarşıdurmaya getməyəcəklərini elan etsələr də, suverenliyin tam bərpasında iddialıdırlar. Sloveniya beynəlxalq məhkəmənin qərarında göstərildiyi kimi, buxtanın 80 faiz hissəsinin onun nəzarətinə keçməsini tələb edir, Xorvatiya isə öz növbəsində sərhəd xəttinin buxtanın tam ortasından çəkilməsində israr edir. (Azərtac)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol