• $
  • €
  • ₽
  • ₺
  • £

İran etirazları: İranlılar bu barədə nə düşünür?

İran etirazları: İranlılar bu barədə nə düşünür?
03.01.2018 22:30
Dekabrın 28-dən bəri İranın Məşhəd şəhərində başlayan nümayişlər artıq bir həftədir ki, davam edir. Həm hökumətə dəstək olaraq keçirilən nümayişlər və həm də həftə ərzində keçirilən etiraz aksiyalarında səslənən şüarların müxtəlifliyi ölkədə fikir ayrılığının və fərqli problemlərin mövcud olduğunu göstərir.
Çərşənbə günü İranın bir çox şəhərində keçirilən iqtidaryönlü nümayişlərdə on minlərlə insan iştirak edib. Tənqidi nümayişlərdən fərqli olaraq, dövlət televiziyası bu yürüşləri canlı yayımla təqib edib.

Bəs iranlılar son həftənin hadisələri barədə nə düşünür?

Axar.az BBC-yə istinadən iranlıların sosial şəbəkələrdə paylaşdığı şərhlərin bir qismini təqdim edir:

Zəhra - Məşhəd

Ruhaniyə səs vermiş bir insan kimi onun çıxışını dinlədim. Bir çoxları bu iğtişaşların arxasında nəyin durduğunu anlamırlar, çünki onlar sistemin siyasəti barədə heç nə bilmirlər. Bu iğtişaşlar harada başladı? İslahatçıların Məşhəddəki mərkəzi kimi tanınan Şohada meydanında. Ona görə də onlar nə cani, nə də ki adi insanlardırlar. Mən həmişə etiraz aksiyalarında iştirak etmişəm, amma bu dəfə etməmişəm. Bunun hamısı sadəcə siyasətdir.

Zəhra - İran

Bizi yeni bir çevrilişə cəlb etməyə Səudiyyənin kifayət qədər təsiri yoxdur. Əvvəla 40 il əvvəl olduğu kimi çevriliş adi insanlar üçündür. İndi isə biz çevriliş yox, amma diktatorların istəmədiyi islahatı istəyirik. İnsanlar buna görə artıq əziyyət çəkmək istəmir. 1979-cu ildəki kimi xaricdən İrana lider gətirib ona hakimiyyəti vermək istəmirik. Biz sadəcə bu əzaba və spekulyasiyaya son qoymaq üçün islahatlar istəyirik.

Zahi - İran

Mən cənab Netanyahunun İnstaqramdakı mesajını görəndə bu mənə ümid verdi. Əzilənlərə dəstəyin üçün çox sağ ol. Mən digər ölkələrdən də bunu gözləyirəm. Bu qəddar rejim öz xalqına qarşı çox sərtdir. Biz dəyənək və güllə altında olmamalıyıq. Bu bizim taleyimiz deyil. Bizim etiraz etməyə haqqımız və başqa ölkələrdən kömək istməyə haqqımız var.

Tirdad - Tehran

Təkcə Tehran və İranın başqa şəhərlərində yox, həm də dünyanın hər bir yerində kimsə ictimai binalara hücum edirsə, polis öz işini görüb bu əraziləri qoruyur, çünki bunu etmək üçün onlara maaş ödənir. Bu bir faktdır. Bəziləri hətta yanğınsöndürən maşına hücum ediblər! Əgər bu başqa bir yerdə baş versə idi, cavabı eyni olardı.

Sanaz - Əhvaz

Biz artıq səbirli ola bilmərik. Mən öz pulumu bir xüsusi kredit şirkətində itirdim. Bundan əvvəl biz hakimiyyət binasının önündə yığışıb etiraz etdik, lakin bir dənə məmur çıxıb bizə cavab vermədi. Onlar bizə gülürdü. Pulumuzu götürüb, biz etiraz edəndə bizə rişxəndli üz ifadələri göstərdilər.

Araş - Tehran

Cənab Xameneinin təyin etdiyi qurumların həyata keçirdiyi represiyalar bütün tənqidləri və etirazları liderin özünə yönəldir. Onlar deyirlər ki, nümayişlər mədəni olmalıdır, lakin iki partiyadan başqa bir siyasi partiyanın yaranmasına icazə veriblərmi?

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol