• $
  • €
  • ₽
  • ₺
  • £

Elnarə polisi maşınla vurub sürüdü və... - VIDEO

Elnarə polisi maşınla vurub sürüdü və... - VIDEO
12.01.2018 14:25
Ukraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir.

Virtualaz.org xəbər verir ki, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, "Peugeot” avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb – o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb – Elnarə Əbiyeva.

Lakin sonradan həmin qadının başına gələnlər müəmmalıdır – sosial şəbəkələrdəki fəallığını nəzərə alsaq, Elnarə azadlıqdadır.

O, "VKontakte” sosial şəbəkəsində, habelə "İnstagram”da publika üçün bağlı səhifədə özünün balaca qızı ilə fotolarını yayır. Əbiyeva polislə baş vermiş insidenti ertəsi gün sosial şəbəkədə özünəxas şəkildə şərh edib: "Bəzi "zibilləri” saymasaq bayram əla keçdi. Həyatdan zövq alın və zibil olmayın”. Fotolara əsasən, Əbiyeva yeni il tətilini doğma Bakıda keçirib.

Yanvarın 10-da isə o, İnstagramda davranışları barədə ünvanlanmış sual yağışını dayandırmaq ümidi ilə qeyd yerləşdirib. Sosial şəbəkələrdə Əbiyeva elnara_star niki ilə tanınır. Qeyd edək ki, hazırda onun səhifəsi qapalıdır.

Maraqlıdır ki, yerli fəal Martin Brest "Facebook”da qızın qaçdığını, ancaq adının İnterpolun bazasına daxil edilmədiyini yazır. Lvov polisi bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşına müqavimət göstərən və zor tətbiq edən xuliqanı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol