• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü

Ərdoğanın anonsunu verdiyi müharibə başladı - 30 ölü
29.05.2020 06:01
Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına "reaksiya ölçmə atəşi” açıb.

Publika.az xəbər verir ki, Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında olan Suriyanın Afrin bölgəsini təmizləmək üçün hazırlıqlarını davam etdirir. "Sabah” nəşrinin yazdığına görə, Türkiyə ordusu Afrini tamamilə müşahidə edə bilən 4 strateji nöqtədə yerləşdirilib. Sərhədin Reyhanlıdan Kilisə qədər olan 100 kilometrlik ərazisində yerləşdirilən hərbi bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

NATO və ABŞ-dan dünən verilən son bəyanatlar isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "ordu qurduğunu hesab edənlər, bir həftə keçmədən necə darmadağın edəcəyimizi görəcəklər” sözləri ilə anonsunu verdiyi Afrin əməliyyatı üçün tək əngəl kimi görünən Vaşinqtonun da aradan qalxdığını göstərir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.

"Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, - o bildirib.

Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, "Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol