• $
  • €
  • ₽
  • ₺
  • £

İnquşetiya liderinin qardaşı oğlunun meyiti tapıldı

İnquşetiya liderinin qardaşı oğlunun meyiti tapıldı
07.02.2018 13:14
İnquşetiyanın başçısı Yunus-bek Yevkurov qardaşı oğlu Həsən Yevkurovun ölü tapıldığını bildirib.

Anews.az bu barədə RBK-ya istinadən xəbər verir.

"Hazırda ölkə xaricindəyəm. Təəsüflər olsun ki,onun ölü tapılması xəbəri doğrudur, hazırda orada (İnquşetiya Respublikasında - red.) faktla bağlı araşdırma aparılır”, – deyə İnquşetiya başçısı bildirib.

Bundan əvvəl, Həsən Yevkurovun fevralın 6-da öz evində ölü tapılması ilə bağlı  "360” və "Mash” "Telegram” kanalında xəbər yayılmışdı.

İlkin ehtimala görə, İnquşetiya liderinin qardaşı oğlu intihar edib. Müstəntiqlər Həsənin meyitinin yanında ov tüfəngi aşkarlayıb.

"360” hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir ki, Həsən, Yevkurovun böyük qardaşının oğlu olub və İnquşetiya başçısının mühafizə xidmətində, sonralar isə Nazran dairəsinin 58-ci alayında işləyib.

Telekanalın informasiyasına görə, ölümündən bir neçə ay əvvəl Həsən Milli Qvardiyadan ixtisara düşüb.

Respublikanın istintaq komitəsinin mətbuat xidməti və yerli prokurorluq RBK telekanalının sorğusuna cavabında Həsən Yevkurovun ölümü ilə bağlı heç bir məlumatın daxil olmadığını bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol