• $
  • €
  • ₽
  • ₺
  • £

Rumıniya Moldovaya birləşmə təklif etdi

Rumıniya Moldovaya birləşmə təklif etdi
29.03.2018 21:48
Rumıniya parlamenti tarixdə Bessarabiya adlanan bugünkü Moldovanın Rumıniyaya  birləşməsinin 100-cü ildönümünə həsr olunan anma toplantısında yenidən həmin ölkə ilə birləşməyə çağırış edib, "niyyyət deklorasiyası” yayımlayıb.

Anews.az-ın xəbərinə görə, deklorasiyada rumınların - Rumıniyanın Moldova ilə yenidən birləşmə arzusu dilə gətirilir və bunun ancaq moldovanların qərarı ilə gerçəkləşə biləcəyi, Rumıniyanın isə buna artıq hazır olduğu vurğulanır.

Parlamentin anma toplantısındakı çıxışında hazırda iqtidarda olan Sosial-Demokrat Partiyasının (PSD) lideri Liviu Dragnea "Mən Moldova ilə bütünləşmək və tək bir millət, dövlət olaraq Avropa səhnəsində yer almaqdan yanayam”, - deyib.

Tədbirdə iştirak edən Moldova rəsmiləri də təklifə müsbət münasibət sərgiləyiblər.

Moldova parlamentinin spikeri Adrian Candui Moldovanın Rumıniyanın dəstəyinə ehtiyacı olduğunu söyləyib.

O, Avropa ilə bütünləşməyə gedən yolda "yolların və köprülərin” inşasının, işbirliyinin ancaq Rumıniyanın yardımı ilə mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, 1918-ci ilin martın 27-də Moldova-Kişinyov parlamentinin qərarı ilə Moldova  Rumıniyanın tabeçiliyinə və tərkibinə keçmişdi.

1940-cı ildə isə Moldova Ruminiyadan zorla qoparılaraq, keçmiş SSRİ-nin tərkibinə daxil edilmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol