• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə öldürülən "qanuni oğru" kimdir?

Türkiyədə öldürülən "qanuni oğru" kimdir?
09.04.2018 21:12
Dünən axşam Türkiyədə qətlə yetirilən "qanuni oğru" 59 yaşlı Qayoz Zviadadze (Qiya Kutaisski) ilə bağlı bəzi məqamlar orta çıxıb.

Lent.az xəbər verir ki, 59 yaşlı "qanuni oğru" dünən Antalyanın Kəmər qəbəsində oğlu Giga Zviadadze ilə birlikdə güllələnib. Hadisə avtoritetin evinin yaxınlığında baş verib. Qiya Kutaisski aldığı güllə yarasından ölüb, lakin oğlu isə ağır vəziyyətdə mərkəzi xəstəxanaya çatdırılıb.


Bildirilir ki, Qiya azərbaycanlı kriminal avtoritet Nadir Səlifovlayaxın olub. Belə ki, "Quli” azadlığa çıxan kimi İstanbula gələrək onunla görüşüb. Daha sonra Nadir Səlifovun İstanbulda keçirdiyi ilk sxodkada iştirak edib və idarəçilik onda olub.


Qayoz Zviadadze kimdir?


"Qiya Kutaisski” 1959-cu ildə Gürcüstanda Kutaisi şəhərində anadan olub. İlk məhkumluğunu 1978-ci ildə yaşayıb. Kutaisi Məhkəməsi onu 2 il müddətinə azadlıqdan məhrum edib. 80-ci ildə azadlığa çıxan "Qiya” bir müddət sonra paytaxt Tbilisidə polis tərəfindən saxlanılır və 11 il müddətinə azadlıqdan məhrum edilir. 


1990-cu ildə həbsdə olan zaman bir neçə gürcü avtoritet tərəfindən Qayoz Zviadadzeyə qanuni oğru adı verilib. 


Azadlığa çıxan gənc kriminal "oğruların şəhəri” olan Moskvaya üz tutub. Burda kriminal qruplaşmalarda iştirak edib. 1999-cu ildə Moskvada həbs edilib. 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra yenidən Kutaisiyə qayıdıb. Burda da bir neçə dəfə həbs edilsə də, tez bir müddətdə azadlığa çıxa bilib. 


2003-cü ildə "qanuni oğru" adından məhrum edilsə də, həmin ildə Qiya öz adını geri qaytarmağı bacarıb. 


"Qiya”nın erməni əsilli "qanuni oğru" Nodar Asoyanla ciddi konflikti olub.


 Ötən ilin dekabrında Zviadadzenin adamları Asoyanın yaxın tərəfdarlarından olan Qoçu Alpaidzeni öldürmüşdülər. Baş verən hadisənin qisas olduğu da ehtimal edilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol