Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu Yerevana dəvət edib.
"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini qəbul edib. Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, 1967-ci ildə İstanbulda anadan olan Daron Acemoğlu 2006-cı ildən Amerika İncəsənət Akademiyasının üzvü, Beyts Klark mükafatının laureatıdır. O, dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















