• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin Bakıya qarşı Tbilisi PLANI

Ermənilərin Bakıya qarşı Tbilisi PLANI
26.05.2018 15:33
Ermənistanın prezidenti Armen Sarkisyan Gürcüstanda səfərdədir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, A. Sarkisyan Tbilisidə baş nazir Kvirikaşvili, prezident Marqvelaşvili ilə yanaşı, Gürcüstanı arxa planda idarə edən İvanaşvili ilə də görüşüb.

Məlumata görə, A. Sarkisyanın İvanaşvili ilə keçmiş dostluq münasibətləri var. Lakin bu görüşün arxasında Ermənistanın Gürcüstanla bağlı planları var.

İrəvan Tbilisidən işğal altındakı Abxaziya vasitəsilə Rusiyaya tranzit açmağı istəyir. Nikol Paşinyan mayın 30-da Gürcüstana səfəri zamanı Tbilisi ilə tranzit məsələsini müzakirə edəcək.

 Gürcüstan mediası yazır ki, "Paşinyan Tbilisidən Rusiyaya Abxaziya üzərindən tranzit açılmasına icazə istəyəcək. Buna nail olaraq, Paşinyan Azərbaycan və Türkiyə ilə danışıqlarda "arqument” qazanacaq və deyəcək: "Budur, gürcülər onların ərazisini işğal edən Rusiya ilə Abxaziya üzərindən tranzit açmağımıza icazə verdilər. Burada heç bir qorxulu şey yoxdur. Qarabağ problemi də tranzit üçün heç bir maneə yarada bilməz. 

Gəlin unudaq və təmiz səhifədə iqtisadi münasibətlər quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə Türkiyə və Azərbaycan razılaşmayacaq”.

Ermənistanın "lragir” saytı yazır ki, İrəvan Moskva və Tbilisi arasında "körpü” rolunu da oynamaq istəyir.

Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Praqda Rusiya və Gürcüstan nümayəndələrinin ticarət dəhlizlərinin açılması ilə bağlı razılaşmasını şərh edərkən bildirib ki, mayın 14-də Nikol Paşinyan Soçidə Vladimir Putinlə görüşəndə bu məsələni gündəmə gətirib.

"Bizim üçün bu səylər son dərəcədə əhəmiyyətlidir”, - deyə o bildirib.

"Lragir” saytı yazır ki, İrəvan faktiki olaraq Paşinyanın Putindən bu məsələdə xahiş etdirdiyini nümayiş etdirib: "Putinlə Paşinyanın qapalı görüşündə bu məsələdə müzakirə olunub və İrəvan Paşinyanın Tbilisi səfəri öncəsi qapalı müzakirələri ictimaiyyətə açıqlayır. Gürcüstan Rusiya ilə münasibətləri qaydaya salmaq istəyirsə, İrəvan bu məsələdə moderatorluq etməyə hazırdır”.

Paşinyan Tbilisiyə səfəri zamanı Gürcüstan rəhbərliyi ilə bunu müzakirə edəcək. Təbii ki, İrəvanın istəyi Abxaziya üzərindən Rusiyaya tranzitin açılması və Azərbaycanın blokada siyasətini zəiflətməsidir. Burada ermənilərin Tbilisinin Gürcüstanı Azərbaycan-Türkiyə orbitindən də uzaqlaşdırmaq niyyəti də aydın görünür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol