• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ aksiyalarla silkələnir: İrəvana müraciət etdilər

Qarabağ aksiyalarla silkələnir: İrəvana müraciət etdilər
04.06.2018 12:00
Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında münasibətlər gərginləşməyə başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ermənilərin etirazlara başlaması separatçı rejimin liderlərinin İrəvana müraciətlərini artırıb. Bu müraciətlərdən biri separatçı rejimin liderinin müşaviri Artur Ağabekyan tərəfindən edilib. Ağabekyan müraciətində İrəvanı "özünə gəlməyə” səsləyib.

Ağabekyan qondarma rejimin "təhlükəsizlik xidmətinin rəhbəri” olan Arşavir Kərəmyanın istefasının qəbuledilməz olduğunu və guya məhz onun aprel müharibəsindən sonra Xankəndinin "özünə gəlməsində” mühüm rol oynadığını bildirib. Digər önəmli məqam isə müraciətdə Xankəndinin Ermənistan hökumətindən aksiyalarla bağlı mövqeyini dilə gətirməsi və Qarabağa nümayəndə heyətini göndərməsi tələbinin yer alması olub.

Ermənistanın hökumətə yaxın olan saytları da artıq Qarabağdakı hadisələrə reaksiya veriblər. Onlar Levon Ter-Petrosyanın Qarabağla bağlı mövqeyini kəskin tənqid ediblər. "Lragir.am” saytının yazarı Naira Ayrumyan Petrosyanın İrəvandakı hadisələrin Qarabağda təkrarlanmaması ilə bağlı çağırışını müəmmalı adlandırıb. O, Petrosyanın Qarabağ məsələsini bir zamanlar hakimiyyətini gücləndirmək üçün vasitə kimi istifadə etdiyini bildirib.

Ayrumyan dolayı yolla Petrosyanı Robert Köçəryanın hakimiyyətə gəlməsində vasitəçi olmaqda ittiham edib.

Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər. Hələlik İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol