• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanı ciddi qarşıdurmalar gözləyir – Politoloq

İrəvanı ciddi qarşıdurmalar gözləyir – Politoloq
19.06.2018 13:30
Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsi yoxdur:

"Paşinyanın parlamentdə hazırladığı proqramın təsdiq olunması zamanı çıxışından da görmək olur ki, bu insan populist, real idarəçilik təcrübəsinə malik olmayan, məsələlərə inqilabi əhval-ruhiyyə prizmasından baxan bir siyasətçidir. Paşinyan yaxşı məqalələr yaza, mitinqlərin aparıcısı kimi məşhurlaşa və öz populist çıxışlarını elə mitinq meydanlarında davam etdirə bilərdi. Ancaq hər kəs yaxşı bilir ki, mitinqləri idarə etməklə dövləti idarə etmək eyni məsələ deyil. Bu mənada Paşinyanın son dövrdə atdığı addımlar, bəzi kadr təyinatları hətta onu dəstəkləyən insanlar arasında çaşqınlıq yaradıb. Artıq onun təyin etdiyi nazirlərdən istefa verənlər də var”.

E.Namazov Paşinyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, onun hakimiyyətinin növbədənkənar seçkilərin keçirilməsinə qədər davam etməmə ehtimalının çox olduğunu vurğulayıb:

"O cümlədən siyasi terrordan istifadə edən insanları həbsdən azad etmək Paşinyanın tərəfdarları arasında birmənalı qarşılanmadı. Çünki həmin hadisələr zamanı polis alayının binasına hücum təşkil olunmuşdu və orada bir neçə polis işçisi qətlə yetirilmişdi. Bu günlərdə keçirilən məhkəmə proseslərində bu hücumları həyata keçirənlərin azadlığa buraxılması həlak olan polis işçilərinin ailə üzvləri tərəfindən də etirazla qarşılanıb. Məsələlərə inqilabi prizmadan baxıb bu cür şəxsləri öz adamları kimi azad etmək heç bir hüquq normasına sığmır.

Eyni zamanda, Paşinyana müxalifətdə olan Sərkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib. Müxalifətin pulu hazırda iqtidarda olanların pulundan qat-qat çoxdur. Digər tərəfdən iqtidarda olanların təcrübəsi də çox azdır. Bu isə hakimiyyətlə bağlı ciddi hadisələrin olacağından xəbər verir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol