• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan ciddi rəqabət görür: Akşənər kölgədə qaldı...

Ərdoğan ciddi rəqabət görür: Akşənər kölgədə qaldı...
19.06.2018 13:45
Anket sorğuları keçirən şirkətlər öz siyasi yanaşma və iqtisadi maraqları etibarı ilə mümkün olduğu qədər ictimaiyyətə açıqlanan nəticələri manipulyasiya etməyə çalışırlar. Ancaq son nəticələrə baxdığımız zaman seçkinin ikinci tura qalma ehtimalının yüksək olduğunu görürük.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Türkiyədə keçiriləcək seçkiləri şərh edərkən deyib. O bildirib ki, seçki ilə bağlı zaman-zaman anket sorğularının nəticələri yayımlanır:

"Ancaq hələ də seçkinin nəticələri ilə bağlı qeyri-müəyyənlik davam edir. Çünki Türkiyə tarixinin ən əhəmiyyətli və sürprizlərə hazır olan seçkisi məhz 24 iyunda olacaq. Bu mənada keçirilən sorğuların nəticələri də o qədər dəqiq deyil. Müxtəlif şirkətlərin keçirdiyi sorğularda seçkinin birinci turda Ərdoğanın qələbəsi ilə nəticələnəcəyini deyənlərlə bərabər, seçkinin taleyinin 2-ci turda həll olunacağını bildirənlər də var. Hələ seçkinin nəticələri ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Seçkinin keçirilməsinə 1 həftədən az müddət qalmasına baxmayaraq, seçkinin taleyini dəyişdirə biləcək müəyyən addımlar atıla bilər. Qəndildəki proseslər, Yunanıstanla bağlı məqamlar, yeni bir gərginliklərin yaranma ehtimalı və s”.

Ekspert vurğulayıb ki, seçkiyə namizədlər müəyyənləşdirildiyi ilk dönəmlərdə Maral Akşənər daha üstün mövqelərə sahib idi:

"Amma CHP-dən Məhərrəm İncənin namizədliyinin irəli sürülməsi Akşənəri kölgədə qoydu. Məhərrəm İncənin ikinci tura qalma ehtimalını səsləndirənlər daha çoxdur. Bunu 3 məqamla əlaqələndirirlər. Birinci, Məhərrəm İncə oturuşmuş bir partiyanın namizədidir və seçki kampaniyasına başlarkən artıq o, təxminən 20% səs bazasına sahib idi. İkincisi, Məhərrəm İncə özü çox uğurlu seçki kampaniyası həyata keçirir və performans göstərir. Bir başqa əhəmiyyətli məqam iqtidarın Maral Akşənərin ikinci tura qalmasını əngəlləyəcək yanaşma strategiyası qurmasıdır. Seçki kampaniyasının başından etibarən iqtidar cəbhəsində Maral Akşənərin adı çəkilmir. Yəni Ərdoğan həm Akşənərin partiyasına, həm də özünə qarşı "görməzdən gəlmə”, "görməmə” strategiyasını tətbiq edir”.

Ekspertin sözlərinə görə, Maral Akşənər seçki ikinci tura qalsa, əhəmiyyətli namizəd olacaq:

"Akşənər sağ cinahdan CHP-dən, MHP-dən, AKP-dən daha çox səs alarsa, bu, seçkinin ikinci tura qalmasına səbəb ola bilər. Yəni Akşənər Ərdoğanın seçkinin ilk turunda qələbə qazanmasına mane olacaq namizəddir. İkinci turda Akşənərin rəqibi Ərdoğan olarsa, ona qarşı üstünlük qurmaq ehtimalı zəif də olsa, var. Amma bunlar hamısı ehtimaldır”.

Ekspert bildirib ki, seçkinin ikinci tura qalma ehtimalını gücləndirən məqamlar çoxdur:

"İlk növbədə seçkinin tərəflərindən biri 16 ildir hakimiyyətdə olan iqtidar partiyasıdır. 16 il hakimiyyətdə olmağın yaratdığı ciddi mənfi çalarlar var: həm siyasi, həm iqtisadi, həm də mədəni sferada. Bu mənfi çalarlar iqtidara seçkinin ilk turunda qələbə çalmasına mane olur. Eyni zamanda 2014-cü il seçkiləri və 2016-cı il referendumunun nəticələri seçkinin birinci turda nəticələnməsi ehtimalını azaldır. Çünki həm rəqiblər çox müxtəlifdir, həm iqtidarın siyasi-iqtisadi vəziyyəti son iki illə müqayisədə daha pisdir. Dolayısı ilə bunlar seçkinin ikinci tura qalma ehtimalını artıran məqamlardandır”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol