• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın layihəsinə veto qoyulacaq

Rusiyanın layihəsinə veto qoyulacaq
27.06.2018 21:45
Danimarka parlamentində "Şimal axını-2” qaz boru kəmərinin tikintisi üzrə layihənin reallaşdırılımasına veto qoyacaq, yaxud bu layihənin icrasını gecikdirəcək qanunverici təşəbbüs irəli sürülüb. 

AzVision.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Lars Lyukke Rasmussen keçirdiyi mətbuat konfransında bəyan edib.
"Mənim mövqeyim ondan ibarətdir ki, "Şimal axını-2” layihəsi geosiyasi və bütövlükdə Avropa ilə bağlı mahiyyət ehtiva edir. Odur ki, Danimarka bu məsələni təkbaşına həll edə bilməz. Hesab edirəm ki, bu məsələni Avropa ölkələrinin danışıqlar masasına çıxarmaq lazımdır. Risklərin ciddi şəkildə təhlili və yanacaq tranziti ölkəsi kimi Ukraynanın rolu baxımından bu məsələ ümumavropa səviyyəsində müzakirə olunmalıdır” – deyə Rasmussen bildirib. 

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom” bəyan edib ki, "Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. 

Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bildirilir ki, "Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol