• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada diplomatik qalmaqal – Səfir prezidenti ifşa etdi

Fransada diplomatik qalmaqal – Səfir prezidenti ifşa etdi
02.07.2018 16:31
Fransa prezidenti Emmanuel Makron Macarıstandakı səfiri Erik Furnieni işdən qovub. 

AzVision.az "Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Furnienin Makronun apardığı siyasətin əleyhinə danışması və Fransa cəmiyyətinin miqrantlara qarşı əsl simasını göstərməsidir.

Belə ki, Fransa prezidentinə göndərilən Furnienin söhbətinin əks olunduğu məxfi yazını Fransanın kəşfiyyata bağlı "Mediapart" saytı dərc edib. Yazıda Fransanın Macarıstandakı səfiri Erik Furnie miqrantlarla davranmaqda Macarıstanın "nümunə” ölkə olduğunu və Macarıstan baş naziri Viktor Orbanın populizmdə itiham edilməsini medianın quraşdırdığı oyun olduğunu deyib. 

Furnie, həmçinin bildirib ki, Macarıstanı antisemitizmdə günahlandıran Fransa mediasının əsas məqsədi Fransa və Almaniyanın özündəki "əsl antisemitizmdən” diqqəti yayındırmaqdır.

Səfiri işdən azad edən Makron vurğulayıb ki, Furnienin baxışlarını bölüşmür və onun söylədikləri Fransanın rəsmi siyasəti və mövqeyini əks etdirmir. "Bu səfir həmin sözləri ictimai formada səsləndirsəydi, o zaman dərhal vəzifəsindən azad olunardı”, – deyə məsələni şərh edən Fransa prezidenti Brüsseldəki mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, qatı avrofil (Avropa İttifaqının bütövlüyünün qorunub saxlanmasının tərəfdarı) olan Makron Macarıstanın baş nazirini demokratik dəyərlərə hörmətsizlikdə və miqrantları qəbul etməməkdə ittiham edir. Orban isə öz növbəsində, Makronun hələ "təzə uşaq” olduğunu demişdi. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol