• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın ordu ilə bağlı dünyaya mesajı

Trampın ordu ilə bağlı dünyaya mesajı
04.07.2018 21:45
ABŞ prezidenti Donald Tramp ümid edir ki, Amerika modernləşdirilmiş silahlı qüvvələrindən istifadəyə heç zaman ehtiyac duymayacaq.
 
AzVision.az bildirir ki, bu barədə Tramp Qərbi Virciniua ştatında ABŞ-ın müstəqillik günü ərəfəsində Silahlı Qüvvələrə həsr olunan təmtəraqlı tədbirdə deyib. 
 
Mərasimdəki çıxışında Tramp qeyd edib ki, hazırda ABŞ özünün əzəmətli silahlı qüvvələrini və ölkənin təhlükəsizliyini bərpa edir. ABŞ-ın müdafiə büdcəsi çərçivəsində 700 milyard dollarlıq rekord xərclərə diqqət çəkən Tramp ölkəsinin modernləşdirilmiş silahlı qüvvələrinin çox güclü olduğunu və onlardan heç vaxt istifadə olunmayacağına ümid etdiyini vurğulayıb. 

Qeyd edək ki, 2019-cu maliyyə ili üzrə büdcə layihəsində Pentaqona (ABŞ Müdafiə Nazirliyi) ayrılacaq ümumi məbləğ Trampın istəyinə uyğun olaraq, 716 milyard dollar təşkil edir. Bu məbləğin 99 milyard dolları ABŞ-ın ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlarının maliyyələşməsinə xərclənəcək. Həmçinin, qanun layihəsində ABŞ hərbi qulluqçularının sayının daha 16 min nəfər, onların əmək haqlarının isə 2,6% artırılması nəzərdə tutulub. Bundan başqa, hərbi hava qüvvələrinin yenilənməsi üçün 40 milyard dollar sərf olunacaq. 

ABŞ-ın yeni nüvə başlıqlarının hazırlanmasına 65 milyon dollar maliyyə ayrılması isə Konqressdə qızğın müzakirələrə səbəb olmuşdu. Demokratlar buna qarşı çıxaraq, həmin bəndin ləğvini təklif ediblər. Lakin Respublikaçılar partiyasının üzvləri onların təklifini rədd edərək, yeni nüvə başlıqlarının Rusiyanın qarşısını almaqda vacib olduğunu bildirmişdilər. ABŞ Konqressinin büdcəyə nəzarət idarəsinin hesablamalarına görə, 30 il (2017-2046) ərzində ABŞ taktiki nüvə qüvvələrinin modernləşdirilməsi üçün Vaşinqton ümumilikdə 25 milyard dollar ayırmağı planlaşdırır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol