• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan ölkədən qaçan erməniləri geri qayıtmağa çağırdı

Paşinyan ölkədən qaçan erməniləri geri qayıtmağa çağırdı
09.07.2018 14:15
"Bizim başlıca məqsədimiz emiqrasiyanı dayandırmaq və ölkəni tərk edənlərin repatriasiyasına nail olmaqdır" 

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan apostol kilsəsinin ümumdünya gənclər birliyinin yekun tədbirində deyib.
Yığıncaqda son zamanlar bir qrup əhali tərəfindən istefası tələb olunan bütün ermənilərin katolikosu II Qaregin, həmçinin 20 ölkədəki erməni diasporunun 400-dək gənc üzü iştirak ediblər. 

Onlara müraciətində Paşinyan bildirib ki, qoy erməni gəncləri ABŞ, Rusiya, Avropa, Livan, Avstraliya və digər ölkələrdə müvəqqəti qalmağı planlaşdırsınlar. Ermənistana isə müvəqqəti qayıtmaq yox, ölkədə daimi yaşamaq barədə düşünməlidirlər. "Bizim siyasi hakimiyyətin və siyasi fəaliyyətimizin ən vacib məqsədlərindən biri böyük həcmdə repatriasiyanı (vətənə geri dönməyi) stumullaşdırmaqdır”, – deyə Paşinyan vurğulayıb. 

Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il aprelin 1-nə olan statistikasına əsasən, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 969 min nəfər olub. Ölkə əhalisinin sayı 2017-c ilin müvafiq dövrü ilə müqayisədə 11,6 min nəfər, 2018-ci ilin ilk 3 ayında isə 2800 nəfər azalıb. Buna səbəb isə iqtisadi-sosial vəziyyətlə əlaqədar olaraq Ermənistanı tərk edənlərin getdikcə çoxalması və ölkədə təbii artımın azalmasıdır. Statistikaya görə, hətta Ermənistanın bir sıra kəndləri tam boşalıb və orada adam yaşamır. Bəzi kəndlərdə isə cəmi bir neçə yüz nəfər yaşayır. Ölkədə emiqrasiyanın səviyyəsi o həddə çatıb ki, orduda xidmət etmək üçün gənclər tapılmır. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol