• $
  • €
  • ₽
  • ₺
  • £

Türk general: İlanın başını vaxtında əzmək lazımdır

Türk general: İlanın başını vaxtında əzmək lazımdır
09.07.2018 16:43
Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşdən danışıb.

Anews.az Ölkə.az-a istinadən xəbər verir ki, türkiyəli general bu cür hərəkətlərin Türkiyə ictimaiyyəti tərəfindən mənfi qarşılandığını bildirib. 

Kürşat Atılgan deyib ki, Türkiyədəki PKK nümayəndələrinin Azərbaycana gələrək orada bəzi müxalifətçilərlə gizli görüşlər keçirməsi xoş hərəkət deyil: 

"Türkiyədəki bölücü PKK terror təşkilatının Azərbaycanda da fəaliyyət planları qurmaq istəyi qardaş Azərbaycana da zərər vura bilər. Buna görə də dövlətin bəri başdan ilanın başını qaldırmadan onu əzməsi lazımdır”.   

General-mayor Azərbaycan siyasətçilərini PKK ilə bağlı diqqətli olmağa çağırıb:

"Azərbaycandan olan insanlar PKK terrorçuları ilə bağlı məsələyə qarşı həssas və diqqətli olmalıdırlar. Hər hansı siyasi partiya sədrinin PKK terrorçuları ilə görüş keçirməsi Türkiyəyə xoş deyil. Çünki PKK bölücü fəaliyyətə başlayan zaman onun qarşısını almaq çətin olur. Ona görə də Azərbaycanda bu cür hərəkətlərə imkan verilməməsi vacibdir”.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb.

Məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, "Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib.

Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın "Kürd Əli” adlı gizli casusunun vasitəçiliyi ilə baş tutub. 

Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib.

O, açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib.

Onu da qeyd edək ki, Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da xarici kəşfiyyatla əlaqələri haqda mətbuatda müxtəlif zamanlarda xəbərlər dərc edilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol