• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda yeni etirazlar: Polis çadırları dağıtdı

Ermənistanda yeni etirazlar: Polis çadırları dağıtdı
10.07.2018 13:28
Bu gün səhər saatlarında İrəvan polisi bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edərək, onun Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edən etirazçıları zorla oradan uzaqlaşdırıb. 

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis həmçinin, etiraz aksiyası iştirakçılarının kilsə önündə qurduğu çadırları da dağıdıb.
Qeyd edək ki, 5 gün öncə II Qareginin kilsədəki dəftərxanasını "ələ keçirən” etirazçılar katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. 

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsilə başlayan "Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydır Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər. 

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib. 

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol