• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda 500 min insan öləcək, 2,5 milyonu isə... – QAÇILMAZ SONLUQ

İstanbulda 500 min insan öləcək, 2,5 milyonu isə... – QAÇILMAZ SONLUQ
31.08.2018 15:39
15 il ərzində Mərmərə bölgəsində baş verməsi gözlənilən zəlzələdən sonra hündürlüyü 6 metrə çatan sunami yarana bilər.

Anews.az publika.az-a istinadən xəbər verir ki, belə xəbərdarlıqla Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy çıxış edib.

"Hamımız eyni gəmidəyik, birlikdə bata bilərik”, - alim vəziyyətin ciddiliyinə işarə edib.

Onun sözlərinə görə, 1509-cu ildə baş verən İstanbul zəlzələsinin eynisi bu gün olsa, 80 min bina dağıla bilər:

"Bu, minimum 150 min insanın həyatını itirməsi deməkdir. Bu, 500 minə qədər arta bilər. Qalan 2,5 milyon insana müvəqqəti sığınacaqlarda, bəlkə də iki il baxmaq məcburiyyətində qalacağıq”.

Professor ehtimal edilən İstanbul zəlzələsinin böyük dalğalara səbəb ola biləcəyini bildirib:

"İstanbul zəlzələsi böyük ehtimal Mərmərə dənizində olacaq. Sunami üzrə biliklər mənim ixtisasıma daxildir. Bu mövzu üzrə bir mütəxəssis olaraq bunu deyə bilərəm: Mərmərə qapalı dəniz olmasına baxmayaraq, sunami təhlükəsini özündə saxlayır. Mərmərə dənizində dalğaların hündürlüyü 3-6 metr arasında ola bilər. Amma bir metr hündürlüyündə olan sunami dalğasının İstanbul sahillərindən yüz metr içəri girməsi, sahildəki bütün avtomobillərin dənizə çəkilməsi anlamına gəlir. Məsələn, Ataköy düz bir yerdir. Su qarşısında heç bir divar yoxdur. Sunami dalğası Ataköyün axırına qədər gedəcək. Binalar salamat qala bilər, lakin zəlzələdən sonra çölə çıxan insanlar sunamidən zərər çəkə bilər. İnsanlar sunami dalğası ilə ölə bilər”.

Şükrü Ərsoy daha əvəvl bildirmişdi, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

"Bu vəziyyətdə 15 milyon əhalisi olan İstanbulda bir çox binanın yıxılacağını düşünürük. Mərmərə dənizində 7 baldan daha böyük gücdə baş verəcək zəlzələ sunamiyə səbəb ola bilər. İstanbul üçün ən böyük ssenari olan 7,7 ballıq zəlzələ Kocaeli zəlzələsindən 3 dəfə daha çox enerji anlamına gəlir. Zəlzələ zamanı ölüm ehtimalı 1 faiz olsa belə, ölü sayının 145 min ola biləcəyini təxmin edirik. Yıxılacaq binaların sayı 80 minə çata bilər. Bundan başqa, 2-2,5 milyon insanı müvəqqəti binalarda saxlamaq lazımdır”, - deyə geoloq xəbərdarlıq etmişdi.

Zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, İstanbulda yaxın 11-12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener xəbərdarlıq etmişdi ki, Mərmərə dənizində yaxın gələcəkdə gücü 7 baldan daha yüksək olan zəlzələ baş verəcək.

"Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor qonxunc ssenarinin qaçılmaz olduğunu vurğulayıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol