• $
  • €
  • ₽
  • ₺
  • £

Koçaryan: “Putin məni dəstəkləyir”

Koçaryan: “Putin məni dəstəkləyir”
19.09.2018 20:41
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin 1 mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan Rusiya prezidenti Vladimir Putinin ona böyük dəstək olduğunu bildirib. 

AzVision.az xəbər verir ki, bu barədə Koçaryan "Kommersant”a müsahibəsində deyib. Onun sözlərinə görə, Putinin ad günü münasibətilə ona təbrik zəngi etməsi ciddi dəstəkdir.
"Bu zəng mənim üçün ciddi dəstəkdir. Amma mən bu cür münasibətləri heç vaxt reklam edərək ictimailəşdirməmişəm”, – deyə Koçaryan vurğulayıb. 

Xatırladaq ki, 31 avqustda Putin Koçaryana zəng edərək onu 64 yaşına qədəm qoyması münasibətilə təbrik edib. Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, Rusiya prezidenti Koçaryanla çox isti və səmimi söhbət aparıb. 

Qeyd edək ki, 10 ildən sonra yenidən siyasi meydana qayıdan Koçaryan Ermənistanın küçə aksiyaları ilə hakimiyyətə gələn baş naziri Nikol Paşinyanın əsas rəqiblərindəndir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol