• $
  • €
  • ₽
  • ₺
  • £

Dərbənddə Nizaminin barmaqlarını sındırdılar

Dərbənddə Nizaminin barmaqlarını sındırdılar
21.09.2018 17:13
Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinə qarşı daha bir vandalizm aktı qeydə alınıb. Abidənin sağ əlinin bütün barmaqlarım sındırılıb. Cinayət sentyabrın 20-də baş verib, vandallar saxlanılmayıb.

Virtualaz.org xəbər verir ki, bundan öncə ötən ilin noyabr ayında naməlum şəxslər abidənin baş barmağını sındırmışdılar, bundan əlavə, abidənin yaxınlığındakı küknar ağaclarını kökündən çıxararaq oğurlamışdılar.

2015-ci ilin yanvar ayının 8-də naməlum şəxslər şairin abidəsini yandırmağa cəhd etmiş, bundan sonra Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipovun göstərişi ilə onu bərpa edərək, ətrafındakı ərazi abadlaşdırılmışdı.

2013-cü ilin aprel ayında yenə də şairin adını daşıyan parkda ucaldılmış abidənin barmaqları sındırılmışdı. Heykəlin başqa yerlərinə də xəsarətlər yetirilmiş, cinayətkarlar bunun üçün dəmir çubuqlardan istifadə etmişdilər. Dərbəndli jurnalist Telman Tahirli məlumat vermişdi ki, Gəncəvinin abidəsi ilə eyni monumental ansamblı təşkil edən "Yeddi gözəl” kompleksindəki qadın fiqurlarının üzlərinə qırmızı rəng çəkilmişdi. O zaman Dərbəndin ağsaqqalları rayon rəhbərliyinə müraciət etmək istəsələr də, məmurlar onlara qulaq asmaq istəməmişdilər.

Nizami Gəncəvinin Dərbənddəki abidəsi onun adını daşıyan parkda 1992-ci ildə ucaldılıb. Nizaminin həmçinin Rusiyanın digər şəhərlərində - Moskvada, Sankt-Peterburqda, Çeboksarıda, başqa ölkələrin şəhərlərindən isə Daşkənddə, Kişinyovda, Pekində, Romada heykəlləri mövcuddur. Gəncəvinin abidəsinə qarşı vandalizm hallarına mütəmadi olaraq yalnız Dərbənddə rast gəlinir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol