• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın açıqlaması aləmi qatdı: "380 min pul mənə bəs eləmir"

Deputatın açıqlaması aləmi qatdı: "380 min pul mənə bəs eləmir"
29.09.2018 15:26
"Partiyaya üzvlük haqqı ödəyirəm, mənə pul üçün müraciət edən seçicilərimə yardım göstərirəm”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Kommunist Partiyasından seçilmiş deputatı Vera Qanzya deyib(BBC).
Qanzya "Danışır Moskva” radiosuna müsahibəsində ayda 380 min rubl (təqribən 5 min 800 dollar) maaş aldığını, ancaq bu qədər pulun ona bəs eləmədiyini bildirib.
Deputatın sözlərinə görə, o, maaşının üçdə birini partiyaya üzvlük haqqı ödəyir, qalan pulları isə maddi yardım üçün ona üz tutan seçicilərinə sərf edir:
"Bax, bir həftə regionlarda oldum. Uşaq evinə baş çəkdim. Sizcə, ora əliboş getdim? Əlbəttə, yox. Seçicilər məndən tozsoran istəyirlər, bu və ya başqa xahişlər edirlər. Mən də onların istədiklərini alıram. Üztəgəl maaşın üçdə birini də partiyaya üzvlük haqqı ödəyirəm”.
Qanzya deyib ki, bu maaş əlavə gəlir yeri olan deputatları qane edə bilər: "Onlar heç bu maaşa əhəmiyyət vermirlər”.
Lakin bir qədər sonra həmin radioya açıqlama verən Qanzya maaşla bağlı sözlərinin "təhrif olunduğunu” iddia edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol