• $
  • €
  • ₽
  • ₺
  • £

Kataloniya separatçıları etiraza qalxdılar

Kataloniya separatçıları etiraza qalxdılar
01.10.2018 21:45
Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarları müstəqillik referendumunun ilk ildönümü münasibətilə bu gün səhər saatlarından etibarən etiraz aksiyası keçirirlər.
 
AzVision.az xəbər verir ki, katalon separatçılarının "Respublikanı müdafiə komitələri” radikal təşkilatı Barselonadakı Jirona vağzalında dəmiryollarını blokladıqlarını və Fransaya gedən sürətli qatarların işini dayandırdıqlarını bəyan edib. Nəticədə, separatçılar Fransa ilə əlaqənin kəsilməsinə səbəb olublar. Müstəqillik tərəfdarları Barselona və Lyeydinin bir çox mərkəzi küçələrini də bloklayıblar. 

Daha sonra "Renfe” dəmiryolu şirkəti etirazçıların blokunun aradan qaldırıldığını və Fiqeras-Jirona-Barselona istiqamətində sürətli qatarlarının işinin bərpa edildiyini bildirib. Hazırda etirazların davam etdiyi ərazilərə polis qüvvələri yeridilib və dəmiryolu vağzalı binasının ətrafında polis kardonu yaradılıb. Separatçı katalonlar aksiyanı Jirona meriyasının binası önündə davam etdirmək qərarına gəliblər. 

Qeyd edək ki, 2017-ci ilin 1 oktyabrında Kataloniyada müstəqillik haqqında qanunsuz referendum keçirilib. 3 milyon katalonun iştirak etdiyi referendumda seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabrda Kataloniya parlamenti müstəqillik haqqında qanun layihəsini rəsmən təsdiqləyib.

Nəticədə İspaniya mərkəzi hökuməti ölkə konstitusiyasının 155-ci maddəsini əsas tutaraq, Kataloniyanın idarəsini birbaşa Madridin nəzarətinə keçirib. Muxtar vilayətin o zamankı rəhbəri karlos Puçdemon isə İspaniyadan qaçaraq əvvəlcə Belçikada, daha sonra isə Almaniyada gizlənib. Hazırda onun ekstradisiyası ilə bağlı Madridlə Berlin arasında danışıqlar gedir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol