• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikanın İranla bağlı hədəfi… - Rusiya eksperti hər şeyi açdı

Amerikanın İranla bağlı hədəfi… - Rusiya eksperti hər şeyi açdı
30.01.2019 20:00
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Gina Haspel etiraf etdi ki, İran texniki olaraq nüvə sazişinə riayət edir, amma bu, ABŞ-ın İran barəsində siyasətini dəyişdirməyəcək.

Publika.az xəbər verir ki, bu haqda "Sputnik” radiosunun efirində rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və islam tədqiqatları Mərkəzinin aparıcı elmi işçisi Boris Dolqov "Sputnik” radiosunun efirində bildirib.

"ABŞ İrana çoxdandır ki, təzyiq siyasəti tətbiq edir. Bu, Barak Obama administrasiyasında da belə idi. Amma bu siyasət Donald Tramp dövründə daha da gücləndi, İran barəsində siyasət daha sərt oldu, bütün istiqamətlərdə təzyiq artdı. Bu bəyanatlar da bu tendensiyanı təsdiq edir. Bundan başqa, ABŞ burada İsrail ilə birgə hərəkət edir. Xatırladım ki, İsrailin maraqlarının müdafiəsi ABŞ-ın strateji məsələsidir. Bunu Amerika rəhbərləri dəfələrlə bildiririblər. İndi biz Suriyada İsrail-İran qarşıdurmasının güclənməsini müşahidə edirik, İsrail Suriyada iranmeylli güclərin olduğu rayonları bombalamağa davam edir”, - Boris Dolqov deyib.

Onun fikrincə, ABŞ-ın İranın maksimal zəiflədilməsinə yönəldilmiş addımları davam edəcək.

"İranın nüvə proqramı üzrə öhdəliyi yerinə yetirməsi barədə bəyanata gəlincə, ABŞ-ın fikrincə, Tehran bunu guya investisiyaları almaq və Qərb üçün təhlükə yaradan hərbi gücünü artırmaq üçün edir. Bu, əvvəlki siyasətin davamıdır: Tehrana təzyiq, sanksiyaların gücləndirilməsi… Hədəf İranın maksimum zəiflədilməsi, həmçinin Suriya böhranı ilə bağlı vəziyyətdə mövqelərə ciddi zərbənin vurulmasıdır”, - ekspert yekunlaşdırıb.

Qeyd edək ki, MKİ-nin başçısı İranın hazırda texniki olaraq nüvə sazişinə riayət etdiyini və bunun sayəsində Avropa İttifaqından investisiyaları almağa ümid etdiyini bildirib. Onun sözlərinə görə, Tehran bu sazişin icrasından çəkilmək imkanına malik olmaq üçün tədbirlər görür.

Xatırladaq ki, İran və "altılıq” adlanan beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik probleminin nizama salıması haqqında tarixi razılaşmaya nail olublar. Razılaşdırılan Birgə hərtərəfli İş Planı BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqinin İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

Ancaq ABŞ ötən ilin mayında İranla nüvə proqramı razılaşmasından çıxdığını və bu ölkəyə qarşı bütün sanksiyaların bərpa olunacağını elan etdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol